Mövsümün 5 top dəbli yay ətri

Mövsümün 5 top dəbli yay ətri
Gözəllik sirləri
10.09.2017 19
Yayın gəlişi ilə nəinki qarderobumuz, həm də kosmetik vasitələr və ətirlər  isə daha yüngül və təravətli olanları ilə əvəz olunur. 2015-ci ilin yay mövsümünün yeni ətirlərinə nəzərdən keçirməyin tam zamanıdır. Yaz- yay aylarında xarakterinizə yüngüllük və zəriflik qatan ətirləri seçib sizə təqdim edirik.



Giorgio Armani- Si Eau de Toilette: Yaz aylarında əsas diqqət qazanmış və rəsmi siması Keyt Blanşet olan "Si Intense ” ətrindən sonra Giorgio Armani brendi bu ətiri daha da yüngül variantını yaratmaq qərarına gəldi. Si Eau de Toilette ilk planda armudun şirin qoxusu, italyan berqamotu, mandarin və vanil notlarından hazırlanmış ətirdir və daha çox şirin qoxuları sevən xanımların zövqünü oxşayacaq.



Guerlain-Le Bouquet de la Mariee: Bir çox gəlinlər toyunun yay aylarında olmasını arzu edir, çünki məhz bu mövsümün toyları daha əyləncəli və gözəl keçir. Məhz belə xanımları düşünərək Guerlain evi gəlin buketi qədər zərif parfum yaradıb. Bu vacib gündə özlərini daha yüngül və məsum hiss etməsi üçün ətir özündə badam, vanil və ağ müşkün qoxularını birləşdirir. Yaradıcılar ətirin flakonuna da diqqət yetirərək onu zəriflik nişanı olan bəyaz güllər və güpurla dizayn etmişlər.



Elie Saab- Le Parfum Resort Collection: Brendin təqdim etdiyi kruiz ətiri  "Le Parfum Resort Collection” limitli sayda istehsal olunub və məhz yay istirahətlərini daha da sərin keçirərək yadda qalması üçün yaradılıb. Sərin dəniz dalğasının qoxusunu özündə toplayan ətir əsasən əncil, mandarin və ağ yasəmənin harmoniyasından yaradılıb.



Yves Saint Laurent- Manifesto L’Eclat: Manifesto seriyasında üçüncü olan yeni ətir  "Manifesto L’Eclat” məşhur ətriyyatçılar Ann Flipo və Lok Dong tərəfindən yaradılıb. Ətirə yüngüllük və sərinlik qatmaq məqsədilə əsasən yaşıl çaydan və berqamot notlarının zərif ahəngindən yaradılıb. Yasəmən və vanil notları  Manifesto L’Eclat-da bu seriyadan olan digər ətirlər kimi şirin, lakin zərif olmasına səbəb olub.



Chanel-Misia:  Coco Chanel-in yaxn rəfiqəsi Mise Sert şərəfinə adlandırılan ətir  yaz-yay aylarının vazkeçilməz qoxusudur. Olivye Polj tərəfindn yaradılan tarix dolu ətir pudra və bənövşə gülünün ətrini bəxş edir. Yayın qızmar aylarında obrazınıza eleqant və soyuqluq qata biləcək ətirlər sırasındadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!