Toya gedərkən məşhurlardan ilham almış saç modelləri

Toya gedərkən məşhurlardan ilham almış saç modelləri
Gözəllik sirləri
10.09.2017 31
Toy sahibləri necə ki toy mərasiminin hər detalını dərin-dərin düşünür, toya dəvət edilən bir xanım da o qədər götür-qoy edir: Nə geyinsəm? Bu ayaqqabılar libasıma uyğun olarmı? Hansı çantanı götürüm? Makiyajım necə olsun? Bəs saç düzümüm?...



Qadınlar.biz işinizi bir az daha yüngülləşdirmək üçün məşhurların dəvətlərə gedərkən etdikləri saç düzümlərindən ilham alaraq sizə bir neçə saç modelini təqdim edir.



1.Əgər zərif görünmək istəyirsinizsə, klassik topuzlardan imtina etməməlisiniz. Gözəlliyi ön plana çıxaran, kübar və zərif görünümü artıran klassik topuz modellərini məşhurlar dəvətlərdə üstün tuturlar.



2. Əgər gənc görünmək istəyirsinizsə, uzun hörgülü saç modelləri tam sizlikdir. Saçlarınıza xüsusi bir şirinlik qatan hörgülü saç modelləri sizi çox zəhmətə salmadan toyun ən şirin qızına çevirəcək.



3. Əgər geyiminiz çox abartılı isə, sadə saç modelləri seçməlisiniz. Halle Berrynin torpaq tonlarındakı saçlarından ilham ala bilərsiniz. Təbiiliyin ön planda olduğu bu zərif dağınıq saç modelinin ən gözəçarpan detalı, sağa doğru daranması...



4. Kylie Jennerin saç modeli olan qatlı dalğalar hər yaş üçün olduqca uyğun bir modeldir. Bu saç modelini düz libaslarla geyinib, diqqətləri saçlarınıza çəkə bilərsiniz.



5. Retro görünüş əldə etmək üçün retro libas, çanta və ayaqqabı seçməyə ehtiyac yoxdur. Saçlarınızı yandan ayırıb dalğalar verərək və qırmızı dodaq boyası ilə də tamamlayaraq, Natasha Poly kimi qüsursuz görünə bilərsiniz.



6. Yarı toplanan saçlar üçün Diane Krugerin saç modelini  tövsiyə edirik. Bir az dağınıqlığın ön planda tutulduğu bu saçlarda iri dalğalar çox xoş görünür.



7. Zərif və cazib görünüşün açarı olan saç modellərindən biri at quyruğu şəklində yığılmış saçlardır. Saçlarınızı ortadan ayırmaq yerinə yandan ayıraraq toplasanız çox dəyişik və cazibədar görünəcəksiniz.



8. Qısa saçlı xanımlar üçün hörgülü modelləri təklif edirik. Saçlarınıza bir az dalğa verərək, ön hissələrini hörün və arxaya doğru yığın. Bu sayədə gənclik iksiri içmiş kimi olacaqsınız.



9. Toyda bir az seksi görünmək istəyirsinizsə, təpədən dağınıq bir topuz yığdıra bilərsiniz. Bu möhtəşəm saç modeli üçün Nina Agdalın cürətkar stilindən ilham ala bilərsiniz…



10. Toya biraz Hollywood havası qatmaq üçün dəvətli olduğunuz mərasimə İzabel Goulartın yandan ayırdığı bu saç modeli ilə gedə bilərsiniz. Çox xoş və cazibədar görünəcəyinizə əmin olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!