Qızmar yay günlərinin uzun saç dəbi

Qızmar yay günlərinin uzun saç dəbi
Gözəllik sirləri
10.09.2017 18
Artıq isti yay günləri başlayıb. Havaların isinməsi çoxlarının saçını qısaltması ilə nəticələnir.

Bu yay qısa saç kəsimləri aktual olsa da, uzun, düz və dalğalı saçlar da dəbdədir. Bu yay hörüklər də dəb dünyasında öz nüfuzunu saxlayacaq.

Yeni mövsümdə iri buruqlar da aktualdır. Belə buruqlar həm sadə, həm də cəlbedici görünür. Saçlarınızı burmağa vaxtınız yoxdursa, onları yuduqdan sonra hörün və bir neçə saat belə saxlayın. Saçları bu üsulla burmaq həm vaxta qənaətdir, həm də təbii buruqlar əldə etməkdir.

Həcmli saç forması istəyən qadınlar saçlarını yuduqdan sonra fenlə 30 sm. məsafədən qurutmalıdırlar. Əgər saçınızı fenlə daramaq istəyirsinizsə, onda saçı üst hissədən yox, altdan darayın.

Saça həcm verilməsinin digər yolu da biqudilərdən istifadədir. Saçınızı yuduqdan sonra fenlə bir az qurulayın, daha sonra isə alt hissədən yuxarıya doğru saçınıza biqudi qoyun. Yatana yaxın düzdüyünüz biqudilərin səhər saçınızı açdıqda mükəmməl nəticəsini görəcəksiniz.



Saçın rəngi də saç düzümünün unikal görünməsinə şərait yaradır. Xüsusən də, ombre və balyaj effekti saçlarda çox gözəl görünür.




 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!