Braxioplastika – qolların gərilməsi

Braxioplastika – qolların gərilməsi
Gözəllik sirləri
10.09.2017 7
Braxioplastika – qolun üst hissəsində yaranmış artıq piylərin və sallanmış dərinin aradan qaldırılması üçün keçirilən plastik əməliyyatdır. Yaş ötdükcə insanlarda dəri tonusun azalması müşahidə edilir, bu da dərinin sallanmasına səbəb olur. Adətən bu, qolun çiyinlərdən başlayaraq dirsəyə kimi olan hissəsində baş verir. Bu problemlər həm də tez zamanda arıqlayanlarda müşahidə edilir. Buna görə də bu əməliyyata müraciət edənlərin çoxu arıqladıqdan sonra qol dərisinin sallanmasından şikayət edənlərdir.



Aşağıdakı xəstəlikləri keçirənlər braxioplastika əməliyyatı keçirə bilməz:



- Şəkərli diabet;



- Tənəffüs və ürək-damar sisteminin xəstəlikləri;



- Piylənmə - bu zaman öncə liposaksiya, daha sonra qolların gərilməsi əməliyyatı keçirilir.



- Onkoloji xəstəliklər.



Eyni zamanda qoltuqaltı limfa vəziləri və ya mastoektomiya (döş vəzilərinin çıxarılması) əməliyyatı keçirmiş şəxslər bu əməliyyata girə bilməzlər.



Əməliyyatdan bir neçə gün öncə qanın, sidiyin analizi verilməli, QİÇS, sifilis, B və C hepatitlərinə yoluxma araşdırılmalıdır.



Braxioplastika ümumi narkoz altında keçirilir, 1-2 saat davam edir. Əməliyyat zamanı çiyinlərdən dirsəyə qədər qolun iç hissəsində kəsik edilir. Artıq dəri götürülür, qalanı isə öz-özünə sorulan tibbi saplarla tikilir. Əməliyyatdan sonra əllərə sarıqlar qoyulur, 1 həftə sonra açılır. Lakin tam sağalma üçün hələ 6-8 gün tələb olunur.



Əgər heç bir problem yaranmazsa, əməliyyatdan 4-5 gün sonra pasiyent evə buraxılır. Ancaq reabilitasiya dövründə fiziki güc tətbiq etməkdən və idmandan uzaq durmaq lazımdır.



Əməliyyatdan sonrakı dövr əllər üçün rahatlıq tələb edir. Həftədə bir neçə dəfə əllərə qoyulmuş sarıq dəyişdirilməlidir. Tikişlər sorulduqdan və sarıqlar açıldıqdan sonra adi yaşam tərzinizə davam edə bilərsiniz.  Fiziki işlərə 2 həftə sonra başlanmalıdır. Ağrı olduqda adi ağrıkəsicilər təyin edilir.  Ağrı həddən çox olarsa, temperatur qalxarsa, yaranın olduğu bölgədə qızartı və şişkinlik yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.



Braxioplastika 5-10 il ərzində effektiv olur. Onun müddəti pasiyentin çəkisində dəyişiklik olub-olmaması və ya hamiləlikdən asılıdır. Yeri gəlmişkən, əgər yaxın zamanlarda hamilə qalmağı planlaşdırırsınızsa, o zaman braxioplastika əməliyyatı haqda qətiyyən düşünməyin. Bunu da nəzərə alın ki, əməliyyatdan sonra qoltuq altından dirsəyinizə qədər uzun çapıq izi qalacaq. Yarım ildən sonra onun rəngi solğunlaşsa da, bu iz tam itmir.Braxioplastika – qolun üst hissəsində yaranmış artıq piylərin və sallanmış dərinin aradan qaldırılması üçün keçirilən plastik əməliyyatdır. Yaş ötdükcə insanlarda dəri tonusun azalması müşahidə edilir, bu da dərinin sallanmasına səbəb olur. Adətən bu, qolun çiyinlərdən başlayaraq dirsəyə kimi olan hissəsində baş verir. Bu problemlər həm də tez zamanda arıqlayanlarda müşahidə edilir. Buna görə də bu əməliyyata müraciət edənlərin çoxu arıqladıqdan sonra qol dərisinin sallanmasından şikayət edənlərdir.



Aşağıdakı xəstəlikləri keçirənlər braxioplastika əməliyyatı keçirə bilməz:



- Şəkərli diabet;



- Tənəffüs və ürək-damar sisteminin xəstəlikləri;



- Piylənmə - bu zaman öncə liposaksiya, daha sonra qolların gərilməsi əməliyyatı keçirilir.



- Onkoloji xəstəliklər.



Eyni zamanda qoltuqaltı limfa vəziləri və ya mastoektomiya (döş vəzilərinin çıxarılması) əməliyyatı keçirmiş şəxslər bu əməliyyata girə bilməzlər.



Əməliyyatdan bir neçə gün öncə qanın, sidiyin analizi verilməli, QİÇS, sifilis, B və C hepatitlərinə yoluxma araşdırılmalıdır.



Braxioplastika ümumi narkoz altında keçirilir, 1-2 saat davam edir. Əməliyyat zamanı çiyinlərdən dirsəyə qədər qolun iç hissəsində kəsik edilir. Artıq dəri götürülür, qalanı isə öz-özünə sorulan tibbi saplarla tikilir. Əməliyyatdan sonra əllərə sarıqlar qoyulur, 1 həftə sonra açılır. Lakin tam sağalma üçün hələ 6-8 gün tələb olunur.



Əgər heç bir problem yaranmazsa, əməliyyatdan 4-5 gün sonra pasiyent evə buraxılır. Ancaq reabilitasiya dövründə fiziki güc tətbiq etməkdən və idmandan uzaq durmaq lazımdır.



Əməliyyatdan sonrakı dövr əllər üçün rahatlıq tələb edir. Həftədə bir neçə dəfə əllərə qoyulmuş sarıq dəyişdirilməlidir. Tikişlər sorulduqdan və sarıqlar açıldıqdan sonra adi yaşam tərzinizə davam edə bilərsiniz.  Fiziki işlərə 2 həftə sonra başlanmalıdır. Ağrı olduqda adi ağrıkəsicilər təyin edilir.  Ağrı həddən çox olarsa, temperatur qalxarsa, yaranın olduğu bölgədə qızartı və şişkinlik yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.



Braxioplastika 5-10 il ərzində effektiv olur. Onun müddəti pasiyentin çəkisində dəyişiklik olub-olmaması və ya hamiləlikdən asılıdır. Yeri gəlmişkən, əgər yaxın zamanlarda hamilə qalmağı planlaşdırırsınızsa, o zaman braxioplastika əməliyyatı haqda qətiyyən düşünməyin. Bunu da nəzərə alın ki, əməliyyatdan sonra qoltuq altından dirsəyinizə qədər uzun çapıq izi qalacaq. Yarım ildən sonra onun rəngi solğunlaşsa da, bu iz tam itmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!