Orqanizmi cavanlaşdıran detoksun faydaları

Orqanizmi cavanlaşdıran detoksun faydaları
Gözəllik sirləri
10.09.2017 31
Detoks nədir?

Hər bir insan orqanizminə toksin yığılır. Toksin - zəhər deməkdir. Həmin zəhər həm bədənimizdə istehsal olunur, həm də xaricdən alınır. Detoks isə hər hansı bir yolla bədənimizə daxil olan, ya da bədənimizdə yaranan, tullantı maddə olaraq xaric olunmağı gözləyən zərərli toksinlərdən xilas olmaq mənasını verir.  Latın mənşəli söz olan detoks "Detoxikation" anlayışının qısaldılmış variantıdır.



Zərərli toksinlər necə yaranır?

Müasir elmdə "sərbəst radikallar" adlandırılan bu zəhərli maddələr, təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi sonucu orqanizmdə yaranırlar.

Detoks orqanizmi yalnız zərərli artıqlardan təmizləmir, həm də qocalmağa və xəstəliyə yol açan toksinlərdən azad edir. Fizioloji tarazlığı bərpa edən detoks toxumalardakı toksinləri yumşaldaraq qan dövranı sisteminə çəkir. Bütün zəhərli hissə qanla bağırsaqlarda toplanaraq fəal və təbii üsullarla oradan təmizlənir.



Detoksun məqsədi nədir?

Detoksdan məqsəd bədənimizi toksinlərdən təmizləyərək sağlamlığımızı qorumaq, bədəndəki mayelərin turşulaşmasının qarşısını almaq, turşu  tarazlığını qorumaqdır. Bildiyimiz kimi, sağlam orqanizmdə qan və bədən sularının yüngül qələvi olması şərtdir. Qələvi bədən mayesi və qandakı oksigen səviyyəsinin, eyni zamanda güclü immunitet sisteminin əsasıdır. Qanın turşulaşması isə orqanlarımıza və beyin hüceyrələrinə zərər verə bilər.



Detoksu nə vaxt etmək lazımdır?

Detoks ehtiyacı insana və sağlamlıq vəziyyətinə görə dəyişir. Mövsüm dəyişikliklərində detoks etmək bədənimiz üçün faydalı ola bilər. Odur ki, hər mövsüm detoksa icazə verilir.



Detoks formaları hansılardır?



1. Total oruc / yalnız su, çay və meyvə-tərəvəz suları ilə



2. Bazik oruc / qidalanma (turşu ifraz edənlər yeyilmir)



3. Tək istiqamətli qidalanma: Sadəcə, bişməmiş qidalar ilə qidalanma (maye və ya bərk)



4. Həftənin bir günü heç bir şey yemək olmaz



5. Müxtəlif dini oruclar



Detoks müddətləri nə olmalıdır?



1. Total oruc üçün: Ən az 5 gün və ən çox 21 gün; İldə 1-2 dəfə edilir.



2. Bazik qidalanma üçün: Ən az 7 gün və ən çox 21 gün; İldə bir neçə dəfə edilir.



3. Tək istiqamətli qidalanma (yalnız meyvə və ya çiy qidalar) üçün: Həftədə bir gün davamlı olaraq edilir.



4. Həftənin bir günü bir dəfə heç bir şey yeməyin: Müddətsizdir.



Detoks nəyə lazımdır?



1. Xəstəliklərdən qorunmaq



2. Orqanlara istirahət vermək.



3. Təmizlənmək



4. Cavanlaşmaq



5. Dərini təmizləmək



6. Qocalmağı ləngitmək



7. Motivasiyanı artırmaq



8. Məhsuldarlığı təmin etmək



9. Sakitləşmək



10. Gümrah və qoçaq olmaq



Kimlər detoks edə bilməz?



1. Ciddi psixoloji müalicə alanlar



2. Hamilələr və uşaq əmizdirən analar



3. Yüksək təzyiq xəstələri



4. Podaqra xəstələri,



 5. Ürək-damar sağlamlığından əziyyət çəkənlər



 6. Sümük xəstələri



 7. Diabet xəstələri



 9. 16 yaşından aşağı uşaqlar



10. Fiziki ağır işdə çalışanlar



11. Sağlamlıq problemi olan yaşlılar



12. Qanazlığı olanlar



13. Müntəzəm dərman almaq məcburiyyətində qalanlar.



Detoks ən çox kimlərə təklif olunur?



1. Ürək Bulanması olanlara



2. Paslı dil



3. Heç bir sağlamlıq problemi olmadan, artıq çəkiləri səbəbindən zəifləmə proqramına daxil olanlara



4. Qəbizlikdən əziyyət çəkənlərə



5. Zehni bulanıqlıq, irritasyon, gözaltı qara halqalar yaranan zaman



6. Çətin nəfəs almaq



7. Kəskin bədən qoxusu problemi olanlar



 8. İshal



 9. Dəridə yara və sızanaq problemi olanlar



10. Siqaret çəkib və ya spirtli içki qəbul edənlər, kimyəvi materiallarla işləyənlər



12. Qan testləri normal çıxanlar.



Detoksda hansı qidalar istifadə olunur?

Avokado, şaftalı, limon, limon yarpağı, bal, şaftalı, ərik, krem pendir, vanil, qurudulmuş çobanyastığı, qurudulmuş lavanda, böyürtkən, qatıq, hil toxumu, yerkökü suyu, manqo, yaşıl çay, itburnu, ada çayı, darçın, zəncəfil, mixək, nar, portağal, qaragilə detoks üçün ən effektli qidadır.



Toksin  qəbulunu azaltmaq üçün nələr edə bilərik?



Yemək bişirmə üslubumuzu dəyişməliyik.

İstifadə etdiyimiz sabun və yuyucu vasitələrin bitki əsaslı olmasına diqqət etməliyik.

İmkanınız varsa, bir damcı təmiz dəniz suyunu içməli suyunuzun içinə qataraq bədəninizin turşu nisbətini təmin edə bilərsiniz. Dənizdə üzməyin də müalicəvi xüsusiyyətləri var və gündə müəyyən fasilələrlə suya girmək çox faydalıdır.



Yenə imkanınız varsa, dağ və dəniz havası qəbul edin. Dağ və dəniz havasının oksigen artırıcı və tarazlıq tənzimləyici təsirləri var.



Bitki çayları için. Başda yaşıl çay olmaqla, bir çox bitki çayı detoks təsirə malikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!