Ananas şirəsi ilə gözəlləşin

Ananas şirəsi ilə gözəlləşin
Gözəllik sirləri
10.09.2017 10
Ananas ən faydalı meyvələrdən biridir. Onun şirəsində bol miqdarda mineral və vitamin var. Həmin mineral və vitaminlərin sayəsində də, bir çox xəstəliyə qarşı qalxan funksiyasını yerinə yetirir. Ananasın tərkibindəki təbii şəkər bədənə enerji verir.

 

Ancaq ananasdan sadəcə, sağlamlıq üçün deyil, həm də gözəl bir dəri üçün faydalanmaq lazımdır.

 

Xüsusilə, yay aylarında dəri günəşin mənfi təsirinə daha çox məruz qaldığından vücud gün ərzində həddən artıq su itirir. Tərlə itkiyə gedən mineralları bərpa etmək üçün bu mövsümdə bol-bol ananas şirəsi içməliyik.

 

Ananas tərkibindəki B və C vitaminləri sayəsində hüceyrələrin yenilənməsini təmin edir, dəri problemlərini aradan qaldırır. C vitamini dərini günəşin zərərli şüalarından qoruyur.

 

Meyvənin tərkibindəki minerallar saç və dırnaqların sağlamlığını bərpa edir.

 

Bol miqdarda dəmir və kalsium ehtiva edən ananas şirəsi günəşin təsiri ilə bozaran və zəifləyən saçların yenilənməsini təmin edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!