Qaralan qoltuq altı üçün nə etməli?

Qaralan qoltuq altı üçün nə etməli?
Gözəllik sirləri
10.09.2017 43
Depilyasiya, epilyasiya və tükləri kəsmək kimi üsullarla qoltuq altı və bikini nahiyəsinin təmizliyini etsəniz də, geridə qalan qara ləkələr qanınızı qaralda bilər. Bu qaralmalar bığ bölgəsi ətrafında belə meydana gələ bilər.



Qoltuq altı niyə qaralır?



Bunun ən əhəmiyyətli səbəbi qoltuq altlarının havasız qalmasıdır. Digər səbəbləri isə həddindən artıq isti depilyasiya edilməsi, tüklərin dibindən kəsilməsi və dəriyə zərər verən deodorantlar istifadə edilməsidir.



Qaralmalar necə keçir?



Bunun üçün bitki mənşəli maskalar etmək olar.



1-ci maska

1 ç.q düyü unu

1 x.q qatıq

1 ç.q sirkə



Hazırlanması və istifadəsi:

Bütün vəsaiti bir kasanın içində yaxşıca qarışdırın, daha sonra qarışığı qoltuq altlarına çəkin və 15 dəqiqə müddətində gözləyin. 15 dəqiqə sonra maskanı ovaraq çıxarın və yüngül isti su ilə yaxalayın. Daha sonra limon suyu ilə təmizləyin. Daha tez təsir etməsini istəyirsinizsə, uşaq pudrasından da istifadə edə bilərsiniz.



2-ci maska

1 ç.q vazelin

1 ç.q alma suyu

1 ç.q limon suyu



Hazırlanması və itsifadəsi:

Lazım olanların hamısını qarışdırdıqdan sonra qoltuq altına sürtün və qurumasını gözləyin. Quruduqdan sonra yuyub uşaq pudrası vurun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!