Solyariyə gedən xanımlara bəd xəbərimiz var

Solyariyə gedən xanımlara bəd xəbərimiz var
Gözəllik sirləri
10.09.2017 6
Yay fəslidir... Qaralmaq həvəskarları çimərliklərə üz tutacaq və saatlarla günəş vannası qəbul edəcək.



Dərisinin rənginin tündlüyündən razı qalmayanlar isə əlavə effekt üçün solyariyə üz tutacaq. Lakin solyariyə gedən xanımlara heç də xoşolmayan xəbərimiz var. Sən demə solyari insan təzyiqini əhəmiyyətli dərəcədə aşağı salır. Bu da xüsusilə dieta saxlayan xanımlar üçün ölümcül dərəcədə təhlükəlidir.



Mütəxəsisslər müəyyən ediblər ki, solyari zamanı dəriyə istiqamətləndirilən ultrabənövşəyi şüalar qandakı azot və oksidlərin miqdarını dəyişir, eləcə də qanda və dəridə olan kiçik molekulları iflic edir. Nəticədə damarlar genişlənir. Bütün bu prosesslər dieta saxlayan insanların onsuz da aşağı olan təzyiqini birdən birə kəskin şəkildə dərəcədə aşağı sala bilir.



Bu araşdırma zamanı bir neçə pəhriz saxlayan könüllü sınaqdan keçib. Onlar 20 dəqiqə ərzində solyari qəbul edib. Qadınların az qala 85 faizi bu prosedurdan kritik vəziyyətdə çıxıb və həkimlərin müdaxiləsindən sonra özlərinə gələ bilib. Mütəxəssislər bütün bunlarla yanaşı solyarinin potensial dəri xərçəngi mənbəyi olduğunu da bir daha hər kəsə xatırladırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!