8 yeni moda qaydası!

8 yeni moda qaydası!
Gözəllik sirləri
10.09.2017 44
Qış gəldi, qarderobunuz hazırdırmı qışa? Başdan söyləyək, tendensiyalar payız-qış mövsümündə də qaydaları aşmağa niyyətli görünür. Siz də moda qaydalarını aşmağa hazırsınızsa, bu qış etməniz lazım olanlar bunlardır...



Moda, insanların özünü ifadə etmə forması olmalıdır. Stil sahibi olmaq, ya da modaya ayaq uydurmaq; hər kəsin qəbul etdiyi, moda qaydalarını yerinə yetirmək demək deyilmi, ya da "qulaqdan dolma" geyim qaydaları sizin tərzinizdə təsirli ola bilərmi?



Təbii ki, xeyr ... "Qışda ağ geyilməz, göy qarayla kombin edilməz" kimi saysız-hesabsız moda qaydası var. Bunlara uyğun gəlməyə çalışarkən, insan tərzini müəyyənləşdirməyə çalışır, ya da tamamən tərzinin xaricində geyinmək məcburiyyətində qalır.

Ancaq sürətlə dəyişən moda trendleri, moda qaydalarını silərkən digər tərəfdən də yenidən yazır. Hər kəsin maraqlandığı trendlər, moda qanunlarını aşmağa niyyətli görünür. Budur, qış mövsümündə aşmanız lazım olan moda qaydaları:

 

Qayda: 1 Qışda ağ geyinilər.

"Qışda ağ geyinilməz" qaydası çoxdan tarixə qarışdı. Payız-qış mövsümündə ağ və ağın tonlarıyla yaradılan qəşəng kombinlər, qışı dümağ qarşılayacağımızı işarə edir. Təpədən dırnağa qədər ağ geyinməyə hazırlaşın.



Qayda: 2 Əlvan rənglər çox dəbdədir.

Əlvan rənglər həmişə yazı xatırladar. Yeni mövsümdə, qışın soyuq havasını qıran yumşaq tonlar, içimizi açacaq... Əlvan tonlar üçün baharı gözləməyə ehtiyac yoxdur, ən qəşəng əlvan tonları qış qarderobunuza uyğunlaşdırın.



Qayda 3: Naxışlar qarışdırılır

Naxışların fərqli gözəlliyi bir neçə mövsümdür model uyğunlaşmasını ortadan qaldırdı. Çılgın naxışlar yeni mövsümdə də bir-birləriylə qarışdırılır. Geyimlərinizdə naxışları istifadə etməkdən çəkinməyin.



Qayda: 4 Yaş həddi yoxdur

Yaşa görə geyinmək, yaşını əks etdirən paltarlarla özünü ifadə edə bilmək sərt bir qayda olsa da, artıq yetkin qadınların və gənc qızların eyni paltarlarla ərzi əndam etmələrinə öyrəşmişik.



Qayda: 5 Qara və göy uyğunlaşır

Qara, digər bütün rənglərlə uyğunlaşma içində olan bir rəngdir. "Qara və göy uyğunlaşmaz" deyənlərin əksinə, son bir neçə mövsümdür bu bir-birinə bənzər rənglərin mükəmməl uyğunlaşmasına şahid oluruq.



Qayda: 6 Bijüteriya sərhəddi yoxdur.

Bijüteriya məhdudlaşdırması yoxdur, azla kifayətlənmirik. "Nə qədər çox, o qədər qəşəng" şüarıyla qızılı qolbaqlar, sıra-sıra üzüklər, üst-üstə boyunbağılar, böyük sırğalar zinət əşyaları həddini ortadan qaldırır.



Qayda: 7 Corablara azadlıq!

Əvvəllər çəkmələrimizin ya da idman ayaqqabımızın içinə zorla gizlətdiyimiz corablar artıq azaddır. Qara, boz ya da göy rəng məhdudlaşdırması da yoxdur, rəngli və naxışlı corabları ayaqqabılarınızla sərbəst geyinə bilərsiniz.



Qayda: 8 Yeni qara narıncı

"Orange is the new black-Narıncı yeni qaradır." Bu cümləni eşitmisiniz yəqin ki. Yeni qara artıq narıncıdır. Narıncı, modanın nüfuzlu modelyerləri tərəfindən, yeni qara olaraq qəbul edilir. Müsbət enerji verən narıncı və tonlarını qış qarderobunuza da əlavə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!