Gözəl ayaqlara sahib olmaq üçün 5 HƏRƏKƏT

Gözəl ayaqlara sahib olmaq üçün 5 HƏRƏKƏT
Gözəllik sirləri
10.09.2017 12
Dar və slim şalvarların dəbdə olduğu dövrdəyik. Rəngarəng slim şalvar geyinmək istəyirsiniz, ancaq ayaqlarınızın quruluşundan heç xoşunuz gəlmirsə, bu hərəkətləri mütləq edin. Gündə sadəcə 5 hərəkətlə gözəl quruluşlu ayaqlara sahib ola bilərsiniz. Tək ehtiyacınız olan stuldur.



Birinci hərəkət. Sağ ayağınızı stulun üstünə qoyub ayaq üstə durun. Sonra bütünlüklə

stula çıxıb sol dizinizi qarnınıza doğru çəkin, yavaşca aşağı düşün. Eyni hərəkəti digər ayaq üçün də təkrarlayın.



İkinci hərəkət. Ovuc içlərinizi yerə söykəyib ayaqlarınızı stulun üstündə jim vəziyyətində durun. Sağ dizinizi qarnınıza doğru çəkin. Sonra sağ ayağınızı dümdüz geriyə doğru qaldırın. Eyni hərəkəti digər tərəf üçün də edin.



Üçüncü hərəkət. Arxası üstə durub qollarınız gövdə yanında ikən ayaqlarınızı stul üzərinə qoyun. Sonra ombanızı bədəniniz düz bir cizgi alana qədər yuxarıya qaldırın. Körpü kimi durub 5-ə kimi sayın və yavaşca buraxın.



Dördüncü hərəkət. Arxası üstə ayaqlarınızı stul üzərinə qoyun. Ombanı yuxarı qaldırıb körpü kimi dayanın. Sonra bir ayağınızı dümdüz yuxarıya doğru qaldırın. 5-ə qədər sayın. Yavaşca stulun üzərinə buraxın. Ombanın aşağı düşməməsinə diqqət edin. Eyni hərəkəti digər ayaq üçün də edin.



Beşinci hərəkət. Arxası stula tərəf dayanın. Sağ ayağı öndə düz şəkildə saxlayıb sol ayağı arxada stulun üzərinə qaldırıb qoyun. Sonra sağ dizimizi bükərək önə doğru əyilin. Ancaq sol ayağınızın stul üzərində qalmasına diqqət edin. Eyni hərəkəti digər tərəf üçün də təkrarlayın.



Hərəkətləri 30 dəfə edin. Hərəkətlər zamanı nəfəsinizi tutmamağa çalışın. Yorulanda saniyələrlə ara verin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!