Rozasea və dərinin gənə xəstəliyi

Rozasea və dərinin gənə xəstəliyi
Gözəllik sirləri
10.09.2017 189
Demodeks gənələri bütün dünyada geniş yayılmış parazitlərdir. Hal-hazırda bu gənələrin 65 müxtəlif növü öyrənilib. Demodeksin sevdiyi yerlər – göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir. Demodeks gənələrinin əsas lokalizasiya zonası isə "demodeks üçbucağı” hesab olunur. Bura aiddir: burun qanadları, burun-dodaq büküşü və çənə nahiyəsi aiddir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər. Demodekoz xəstəliyinə xüsusilə immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, ammetropiyası olan, uzaqgörmədən əziyyət çəkən yaşlı insanlarda, xroniki mədə-bağırsaq pozğunluğu olan uşaqlarda rast gəlinir. Güclü emosional streslər, neyroendokrin, mədə-bağırsaq, psixi və immun xəstəliklər, hepatobiliar sistemin zədələnməsi lipid mübadiləsinin pozulması kimi hallat demodekozun yaranmasına səbəb ola bilər. 
 
Klinikası:
Üz dərisində qırmızı ləkələr

Genişlənmiş dəri məsamələri

Dərinin həddən artıq yağlanması

Dəri rənginin solğun və ya bozumtul-torpaq rəngində olması

Dəri səthinin kələ-kötür olması

Üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması

Burun ölçülərinin böyüməsi (rənginə görə göyümtül-qırmızı gavalıya bənzəyir-rinofima)

Dəridə qaşınma və gicişmə hislərinin olması (xüsusilə gecələr)

Dəridə gənə olan nahiyələrdə tüklərin tökülməsi

Qulaq seyvanlarının qaşınması
Bu xəstəlik ona görə təhlükəlidir ki, onu asanlıqla qıcıqlanmış dəri və ya yorğun, süst dəri ilə səhv salmaq olar. Hətta demodekozu sərbəst xəstəlik hesab etmirlər. Bu gənələrə sağlam insanın dərisində də rast gəlmək olar. Buradan aydın olur ki, demodeks gənələri şərti-patogendir. Cüzi miqdarda onlar xəstəlik törədə bilmir. Lakin buna baxmayaraq uzun müddət davam edərsə, "sahibin” dəri toxumasının qida ehtiyatı tükənər, nəticədə dərinin məsamələri genişlənər, səthi kobudlaşar və öz görkəmini itirər. Yox, əgər dəridə gənələrin miqdarı həddən artıqdırsa, bu hal histopatoloji reaksiyalara və xəstəliklərə səbəb ola bilər. Dərialtı demodeks gənələri meybom vəzilərində, tük follikularında, axacaqlarında və üz dərisinin piy vəzi sekretlərində (xüsusilə seboreya zamanı) yaşayır.
 
Burun, çənə, alın və yanaqlarda qızarma, yanma və kiçik damarların genişlənməsi ilə özünü biruzə verir. Daha çox 30-60 yaş arası insanlarda görünür. Səbəbi tam olaraq öyrənilməmişdir. Əmələ gəlməsinə  təsir edən faktorlar: genetik, infeksiyon, psixogen, mədə-bağırsaq xəstəlikləri, stress və ətraf mühit təsirləridir. Kafeinli, alkaqollu və isti içkilərdən, duzlu-istiotlu yeməklərdən, günəş və kosmetik vasitələrdən uzaq durmali.
 
Müəllif: Dr. Əhədov Rüfətскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!