Halle Berry gözəlliyinin sirri

Halle Berry gözəlliyinin sirri
Gözəllik sirləri
10.09.2017 3
Hollivudda son zamanlarda ən çox sözü edilən ulduzlardan biri olan Halle Berry təbii gözəlliyi ilə hər kəsin diqqətini çəkir. 2000-ci illərin ən parlaq ulduzları arasında iştirak edəcək Berry çizgisində sadəlik ön plandadir...



1950-ci illərin sənətçilərindən olan Dorothy Dandridgenin həyatından bəhs edən filmdə baş rolda oynayan Halle Berrynin tətbiq etdiyi bəzi qaydalar var:



1) Az daha çoxdur

Halle Berry kameralardan uzaq olduğu zamanlar çox az makiyaj etməyə diqqət göstərir. Tonal kremdən ​​istifadə etmir. Yalnız gözlərinə tuş çəkir, dodaq boyası ilə dodaqlarını rəngləyir. Gənc ulduz beş ildir eyni marka nəmləndirici və təmizləyicidən istifadə edir. Makiyaj vasitələrini tez-tez dəyişdirməyin təhlükəli olacağına inanır. O, qaşlarına böyük qayğı göstərir və hər bir qadın üçün də qaşların çox böyük əhəmiyyət daşıdığını düşünür.



2) Saçlarınız yalnız sizə aiddir

Halle Berry saçlarının boyu və stili haqqında verilən təklifləri qulaqardına vurur. Saçlarını öz zövqünə görə kəsdirib darayır. Gənc oyunçu saçlarının sanki heç əl dəyməmiş kimi dağınıq bir görünüşdə olmağını istəyir. Beş həftədə bir refle etdirir. Saçlarına nəmləndirici təsiri olan məhsullar tətbiq edir.



3) Zehin və bədən məşqləri

Bir il əvvələ qədər Berry çox yorucu bədən məşqlərinə maraq göstərmişdi. Bir ildir yoqayla məşğul olur. Yoqanın eyni zamanda zehin gimnastikası olduğunu da vurğulayan sənətçi əzələlərini gücləndirən hərəkətlərə üstünlük verir.



4) Cəsur olmaq lazımdır

Halle Berry deyir ki, cazibədar və cəlbedici qadın ola bilmək hər şeydən çox cəsarətdən asılıdır. Makiyajda və geyimdə cəsur qərarlar verə bilən qadınlar cazibədar ola bilərlər. Berry buna inanır və bütün qadınların ondan nümunə götürmələrini istəyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!