Gözəllik qaydaları

Gözəllik qaydaları
Gözəllik sirləri
10.09.2017 32
Günəşin öz təsirini göstərməyə başladığı bir zamanda dərini günəşdən və yeni hava şəraitindən qorumaq lazımdır.

Dərinin tətavətli və uşaq dərisi kimi görünməsi üçün aşağıdakılara əməl etməlisiniz. Hava dəyişikliyi və günəş dərini quruda və çatlada bilər. Bunun üçün ən vacib məsələ dərini yaxşı bəsləməkdir. Xüsusən də nəmləndirici və günəş qoruyucu kremləri çəkməyi unutmayın.



1. İlk olaraq dərini təmiz saxlamaq lazımdır. Dəri təmizliyində ən vacib məsələ onu səhər tezdən və yatmamışdan qabaq yumaqdır. Beləcə məsamələrin azalmasını təmin etmiş olarsınız.



2. Dəridə yaranan qara nöqtələri və yağları təmizləmək üçün həftədə bir dəfə təmizləyici maska çəkmək lazımdır. Əks halda məsamələr dolar və ləkə kimi qala bilər.



3. Səhər yuxudan durduqdan sonra mütləq nəmləndirici çəkin.



4. Yaz aylarına girərkən daha çox su içmək lazımdır. Bu zaman dəri daha parlaq və canlı olur. Günə su qəbul edərək başlayın.



5. Qızartmalardan və doymuş yağlardan hazırlanan qidalardan uzaq durun.



6. Həddindən artıq kola, kofein, çay və siqaretdən istifadə dərini korlayan təsirlər arasındadır. Davamlı olaraq qidalanmalı və meyvə, tərəvəzlər yemək lazımdır. Bol su için.



7. Çox yağlı dəriniz varsa, masəmələri təmizləyən toniklər istifadə edin.



8. E vitamini ilə zəngin olan kosmetik məhsullar alın. E vitamini dərini hər cür mənfi təsirlərdən qoruyur.



9. Hər həftədə 2 dəfə dərinizə kremlərlə masaj edin. Bu qan dövranını yaxşılaşdırdığına görə dəri gənc göstərir.



Bu maddələri tətbiq etdikdən sonra dəriniz təravətli olacaq. Baxımlı və sağlam dəri bir az çəhrayı olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!