Sinə və ombanin əməliyyatsız böyüdülməsi - Yağ inyeksiyası

Sinə və ombanin əməliyyatsız böyüdülməsi - Yağ inyeksiyası
Gözəllik sirləri
10.09.2017 22
Estetik cərrahiyyədə yağ inyeksiyası necə tətbiq edilir? Bu üsulla sinəni böyütmək mümkündürmü?



Estetik-plastik və rekonstruktiv  cərrah Güncel Öztürkün yağ inyeksiyası ilə bağlı məqaləsini təqdim edir. Mütəxəssis yağ inyeksiyası nədir, estetik cərrahiyyədə necə istifadə edilir,  hansı bölgələrə tətbiq edilir kimi sualları cavablandırıb.



Yağ inyeksiyası – yağın bədəndə artıq hissəsindən əskik hissəsinə köçürülməsidir. Qırış və ya yara izi müalicəsindən tutmuş bədənin formaya salınmasınadək bir çox sahələrdə istifadə edilir. Üstəlik, bir çox dolğu maddələrindən daha sağlam, təbii və qalıcı özəlliklərə malikdir.



Yağ inyeksiyası hansı bölgələrə tətbiq edilir?

Yağ toxumasının alındığı bölgə əsasən qarın və ya ayaqlardır. Bədəndə istənilən yerə köçürülə bilər. Prosedurda önəmli olan yağ hüceyrələrinin uzun müddətli qalıcı olmasıdır. Ona görə də bu ehtimalı yüksək dərəcədə təmin edə biləcək bölgəni düzgün seçmək lazımdır.



Yağ inyeksiyasının üzə tətbiq edilməsi

Gülüş cizgiləri və qırışlar qarın və omba bölgəsindən alınan yağ inyeksiyası ilə yox edilə bilər. Dodaqlar, yanaqlar, üzün çökmüş bölgələri və müalicə edilə bilməyən çivzə izləri doldurula, hətta çənə düzgün formaya salına bilər. Alındakı cizgilər, dodaq və burun arasındakı məsafə və iki cizgi götürülə bilər.



Sinə böyüdülməsi

Əgər implant edilmədən sinənizin ölçüsünü bir az böyütmək istəyirsinizsə, yağ inyeksiyası sizin üçün ən uyğun vasitədir. Lakin bu, sinə şəkli və sıxlığında dəyişiklik etməyəcək. Yağ inyeksiyası sinə sallanması və bəlli ediləcək şəkildə böyüməsi üçün çıxış yolu deyil.



Yağ inyeksiyası və sinə implantı

Yağ inyeksiyası kiçik dəyişikliklərdə istifadə edilə bilər. İmplant sonrası döşlərin mükəmməl olmaması, kiçik çatışmazlıqlar və ya iki sinə arasında fərqlərin olması mümkündür. Xəstə bunlardan narahatdırsa, yağ inyeksiyası ilə asanlıqla istədiyinə nail ola bilər. Hər hansı bir kiçik qəza və nasazlıq ucbatından sinənizdə yaranan problemlər yağ inyeksiyası ilə düzəldilə bilər. Bununla yanaşı, sinələrdən biri və ya hər ikisi cərrahiyyə əməliyyatı vasitəsilə tamamilə götürülübsə, yağ inyeksiyası ilə müəyyən uğur əldə etmək olar. Lakin böyük və əvvəlki sinə ölçüsünə nail olmaq üçün böyük əməliyyata ehtiyac var.



Ombanın böyüdülməsi

Daha dolğun və düzgün omba istəyənlər üçün "Braziliya üsulu ilə omba estetik əməliyyatı” yaxşı çarədir. Ombanı formaya salmaq üçün elə ombanın başqa yerindən alınan yağ həmin hissəyə nəql edilə bilər. Beləcə, yağ toxumasının istənilən formada dağıdılması implant ehtiyacını aradan qaldırmış olur.



Əllərin gəncləşdirilməsi

Əllər yaşı ən çox büruzə verən bədən hissələrindən biridir. Yağ nəqli vasitəsilə əllərin yumşaldılması və qırışların aradan qaldırılması mümkündür. Bundan sonra əllərinizə daha yaxşı qulluq etsəniz, dəriniz zamanla gəncləşəcək.

Yağ inyeksiyası gözəlləşmək istəyənlər üçün estetik cərrahiyyənin təqdim etdiyi ən yaxşı əməliyyatsız vasitədir. Bu möcüzə vasitəsilə vücudunuzu istədiyiniz formaya sala bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!