Üzünüzə yaraşan qaş forması hansıdır?

Üzünüzə yaraşan qaş forması hansıdır?
Gözəllik sirləri
10.09.2017 88
Zahiri görünüşdə qaşların funksiyası kiçik olsa da, çox vacibdir. Qaşların köməyilə biz mimika və emosiyalarımızı daha aydın ifadə edə bilirik. Bununla yanaşı, qaşların estetik funksiyasını da qeyd etmək lazımdır: onlar simanı ən mükəmməl makiyajdan daha artıq ifadəli və maraqlı göstərir.



Zərif, dəqiq və nazik korrektə olunmuş qaşlar üzə baxımlı görünüş verir. Bu səbəbdən onlara düzgün qulluq və korreksiya vacibdir. Qaşların korreksiyası zamanı üz quruluşunu mütləq nəzərə almaq lazımdır. Bu işdə sizin üçün peşəkar ustaların məsləhətləri faydalı olacaq. Ambassade de la Beauté gözəllik institutunun vizajistləri üçbucaq formalı üzə sahib olanlara dairəvi qaş formasını məsləhət görürlər. Lakin onları həddən artıq yumrulaşdırmaq lazım deyil, əksinə qaşın düzlüyünü saxlamaqla və onu yüngülvari əymək lazımdır. Dünyaca məşhur Şarliz Teron məhz bu qaş formasına sahibdir.



Əgər üzünüz Kirsten Danstda olduğu kimi dairəvi formalıdırsa, onda sizə üzü vizual olaraq uzun göstərmək lazımdır. Bunun üçün qaşlara aypara forması əlavə etmək və uclarını sivriləşdirmək lazımdır.



Ancelina Coli kimi kvadrat formalı üzə sahib olanlara Ambassade de la Beauté gözəllik institutunun vizajistləri qaşları dairəvi üzdə olduğu kimi korrektə etməyi məsləhət görürlər. Lakin onları həddən artıq sivriləşdirmək lazım deyil, əks halda qaşlar üzə qəribə görünüş verəcək.



Penelope Kruz kimi oval tipli üz quruluşuna malik olan xanımlara qaşları yüngülvari əyrilik formasında korrektə etmək məsləhət görülür. Qaşların kənarlarını azca sivriləşdirərək naziltmək olar.



Liv Tayler kimi uzun formalı üzə sahib olan xanımlara qaşları düz xətt formasında korrektə etmək tövsiyə olunur. Bu zaman üz nisbətən yumrulaşacaq və simanızda qadın incəliyi əks olunacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!