İdeal dərinin sirri

İdeal dərinin sirri
Gözəllik sirləri
10.09.2017 17
Gözəlliyi
zahirdən bəslədiyimiz kimi,daxildən də dəstəkləmək lazımdır. Meyvələr çox
ustalıqla bunun öhdəsindən gəlir.
 

Dərini tarımlı edirik.
Bunun cavabdehi kollagendir. Kollagenin istehsalçısı isə vitamin C.Bu
mikroelement orqanizm tərəfindən istehsal olunmur.Nə yaxşı ki,onu qidanın
tərkibində qəbul edə bilirik.


Ərzaqları: portağal,limon,çiyələk,moruq,kivi
sizə çoxlu vitamin C hədiyyə edəcək,amma,bu vitamin üzrə lider olan
itburnudur.Bəs onu necə istifadə etməli?
Beauty-resept. İtburnu dəmləməsi
hazırlayın.Onun meyvələrindən bir ovuc stəkana töküb qaynar su əlavə
edin,dəmləyin və için.Bu dəmləmədə tənzifi isladıb 10-15 dəqiqəlik ilıq kompres
də edə bilərsiniz.Dəri nəmlənəcək və faydalı elementlərlə qidalanacaq.
2.Dəriyə parlaq görkəm vermək.
Bunun üçün antioksidantlar və vitamin E
gərəklidir.O dərinin qoruyucu təbəqəsini bərpa edir,hüceyrələri yeniləyir
,dərinin rəngini gözəlləşdirir.Məhz bu vitamin,bir çox kremlərin tərkibinə
polivitaminlər kompleksinə qoşularaq qatılır.
 
Ərzaqları:bitki yağları,heyvan
qaraciyəri,yumurta,taxıl,paxla,oblepixa,brüssel kələmi,brokkoli,itburnu
meyvəsi,tərəvəzlərin yaşıl yarpaqları,gilas,alma və armud
toxumları,badam,günəbaxan tumları,fıstıq.
Beauty-resept. Oblepixadan maska
hazırlayın.Blenderdə 2/3 fincan oblepixa xırdalayın,bir çay qaşığı yağlı
şəkərsiz yoqurt və bal əlavə edin.
Ağardıcı effekt üçün bir –neçə damcı limon da əlavə etmək olar.Qarışığı yarım
saat soyuducuda saxlayın ki qatılaşsın. Qatı şəkildə istifadəsi daha rahatdır.
 Bu maska üz və boyun üçün
uyğundur,o dərini təravətləndirir,qan dövranını gücləndirir. Onun istifadəsi
nəticəsində dəri hamarlaşır və yüngül çəhrayı çalar əldə edirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!