Qısa boylu xanımların nəzərinə!

Qısa boylu xanımların nəzərinə!
Gözəllik sirləri
10.09.2017 18
"Kaş ki, boyum bir az hündür olaydı”, – deyən xanımlar, diqqətinizi bu yazıya yönəldin, çünki məhz sizin üçün hazırlanıb. Boyunuzun qısa olmasından şikayət edirsinizsə, sizi hündür göstərən stil nümunələrinə fikir versəniz, faydasını görəcəksiniz.



Qısa boylu qadınların etdiyi ən böyük səhvlərdən biri ayaq biləklərindən bağlı ayaqqabılar geyinməkdir. Biləkdən bağlı ayaqqabılar qıçları qısaltdığı üçün bu cür forma seçdiyiniz zaman boyunuz bir az da qısa görünəcək. Onun yerinə stiletto seçməniz məsləhətdir.



"Qısa ətək qısa göstərir” sözlərinə qulaqlarınızı tıxayın və qısa ətəklərə qarderobunuzda yer ayırın. Çünki qıçlarınız və boyunuzu uzun göstərmənin bir yolu da beli yuxarı qısa ətəklərdən keçir.





 Qısa boylu qadınların səhvlərindən biri də şalvar seçimidir. Qısa ayaqlı şalvarlar mövsümün dəbi olsa da, qısa boylu qadınlar üçün moda deyil. Buna görə də qısa boylu xanımlar şalvar seçərkən modaya deyil, qıçları bir az da daha qısa göstərməyən şalvarlara üstünlük verməlidirlər.



Beli yuxarı ətəklər və şalvarlar qısa ayaqlarınızın ən böyük xilaskarıdır. Boyunuzu olduğundan daha hündür göstərən beli yuxarı geyimlərlə həm mövsümün dəbi ilə ayaqlaşarsınız, həm də bədəninizə uyğun geyim seçmiş olarsınız.



Beli yuxarı ətək və şalvarlarınızı beli qısa və ya göbəyi açıq köynəklərlə tamamlaya bilərsiniz.



Böyük çantalardan tamamilə uzaq durun! Zaman-zaman trend olan böyük çantalardan hər zaman uzaq durmağınızda fayda var. Çünki böyük çantalar sizi olduğunuzdan daha da kiçik boylu göstərir.




 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!