Dişləri təmizləməyin yeni üsulu

Dişləri təmizləməyin yeni üsulu
Gözəllik sirləri
10.09.2017 13
"Oil pulling” (yağla təmizləmək) adlanan üsul son illər ağız boşluğu
və diş təmizliyində geniş şəkildə istifadə edilir. Deyilənə görə, hətta
Hollivud ulduzları sağlam və ağappaq dişlərinə görə bu üsula
borcludurlar. Bəs, "oil pulling” necə tətbiq edilir və faydalı cəhətləri
nələrdir?
 
 
 
Əslində, bu, yeni bir üsul deyil. Qədim zamanlardan bəri insanlar
dişlərini təmizləmək üçün yağdan istifadə ediblər. Ancaq sonradan diş
məcunlarının kəşfi bu üsulun unudulmasına səbəb olub. Son illər isə diş
həkimləri dişləri yağla təmizləməyin çox effektli olduğunu
bildirirlər. Mütəxəssislər "oil pulling”in bir çox xəstəliyi və problemi
aradan qaldırdığını vurğulayırlar.
 
 
 
"Oil pulling” ağızdan toksinlərin və bakteriyaların
təmizlənməsini təmin edir. Dişləri ağardır. Ağız boşluğundakı
bakteriyalar məhv olduğu üçün ümumilikdə insanın səhhəti yaxşılaşır,
bakteriyaların səbəb olduqları problemlər aradan qalxır.
 
 
 
Bu üsulu tətbiq etmək üçün yüksək keyfiyyətli kokos yağı və ya
zeytun yağı almalısınız. Ancaq sadəcə kokos yağı antibakterialdır. Ona
görə də, məcbur olmasanız, zeytun yağından istifadə etmək tövsiyə
olunmur.
 
 
 
"Oil pulling” necə tətbiq edilir?

1.Bir çay qaşığı yağı ağzınıza alın.
2. Yağı 20 dəqiqə ərzində ağzınızda çalxalayın. Yağı udmaq, boğaza doğru ötürmək olmaz.

3.  20 dəqiqədən sonra ağzınızdakı yağı tüpürün.
4.   Ağzınızı təmiz su ilə 2-3 dəfə çalxalayın.
5. Təbii tərkibli diş məcunu ilə dişlərinizi fırçalayın.
 
Diqqət!
"Oil pulling” zamanı bir neçə nüansa diqqət etmək lazımdır.
*Bu üsul, adətən, acqarına tətbiq edilməlidir. Odur ki, səhər yuxudan oyanan kimi etməyiniz daha məqsədəuyğundur.
*Su, çay içmisinizsə, yemək yemisinizsə, 40 dəqiqə gözləyin. Yemək yedikdən dərhal sonra "oil pulling”  etmək olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!