Yapon xanımlarının cavanlıq və gözəllik sirrləri

Yapon xanımlarının cavanlıq və gözəllik sirrləri
Gözəllik sirləri
10.09.2017 13
Özünüzü və dərinizi yaxından tanıyın
Kosmetoloqlar işə başlamazdan əvvəl güzgüyə baxmağı təklif edir. Nə
görürsünüz? Əlbəttə, özünüzü. İndi isə çənənizi azca qaldırın.
Xatırlayırsınızmı? Bəli, sizin on il bundan əvvəlki vəziyyətiniz. Hə,
indi isə çənənizi yüngülcə aşağı salın və güzgüyə baxın. Bax 10 il sonra
siz belə görünəcəksiniz. Sonuncu əksiniz əgər xoşunuza gəlmədisə,
təcili işə başlamaq lazımdır.
Dərinizin diqqətli öyrənilməsi ilk addım olmalıdır, bunun üçün isə böyük
və gözəl güzgü lazımdır. Başlanğıc üçün öz zəif cəhətinizi
müəyyənləşdirin. Bir qayda olaraq, üz simmetrik qocalmır: Üzün bir
tərəfi digərindən fərqli olaraq daha tez qocalır və solur. Bunu
müəyyənləşdirmək üçün kosmetoloq test təklif edir. Ağzınızı açmayaraq
gülümsəyin, dodaq və ağız guşələrini qaldırın. Üzünüzün bir hissəsində
qırışlar digərinə nisbətən daha çox əmələ gələcək. Onu möhkəmləndirmək
üçün həmin tərəfdə yatmaq, daha çox çeynəmək lazımdır.
Ümumiyyətlə, kosmetoloqun fikrincə, qırışlardan qorxmaq lazım deyil,
onlar onsuz da qaçılmazdır. Bizi qırışlar deyil, cansız və solğun dəri,
sönük baxışlar, sərt üz ifadəsi qocaldır.
Məhz sizin dərinizə uyğun olan qulluq vasitəsini seçin..
Dərinizin tipini və lazım olan qulluq vasitələrini seçmək üçün ilk
növbədə yaxşı bir mütəxəssisə müraciət etmək lazımdır. Sonra isə
deyilənlərə riayət etmək və dəridə baş verən dəyişiklikləri izləmək
lazımdır. Hər səhər dərinizə vizual qiymət verin, onun nəmliyini
yoxlayın. Bunun üçün baş barmağınızı üzünüzə yapışdırın, daha sonra
çəkin. Əgər dəriniz kifayət qədər nəmlidirsə barmaqlarınız az da olsa
üzünüzə yapışacaq. Əgər belə bir effekt yoxdursa, dərinizin rütubətə
ehtiyacı var.
Dəri sıxlığını yoxlamaq üçün əllərinizi yanaqlarınızdan qulaqlarınıza
doğru yüngülcə çəkin və diqqət edin görün bu zaman gözlərinizin
ətrafında şaquli qırışlar əmələ gəlir ya yox.
Dərinin elastikliyini yoxlamaq üçün, yanağınızı yüngülcə çimdikləyin və
buraxın sonra dərinizin başlanğıc vəziyyətinə nə qədər tez qayıdacağına
diqqət edin.
Əllərinizin qeydinə qalın
Əllərə şəfqət və qayğı həmişə olmalıdır. Əvvəlcə onu yaxşıca qızdırın,
əlləriniz üçün məlhəm, lasyon, zərdab,kremlərdən istifadə edərək onlara
qayğı göstərin.
Gecə evə gəldiyiniz zaman, hər nə olursa olsun üzünüzdə makiyaj
saxlamayın. Mütləq təmizləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!