Daha uzun görünməyin yolları

Daha uzun görünməyin yolları
Gözəllik sirləri
10.09.2017 23
Qısa boylusansa qısa geyin
Bu mövzuda örnək qadınların başında Miroslava Duma gəlir. Boyu 1.50 sm
olan bu xanım daha çox mini ətək və paltarlara üstünlük verir. Bu mini
geyimləri isə mütləq dabanlı, platform və ya plomb dabanlı ayaqqabılarla
kombinləyir. Burada sirr qıçın tam görünməsindədir. Əgər qısa
boylusunuzsa diz və dizdənaşağı ətəklərdən uzaq qaçmalısınız.

Trapes şalvarlara üstünlük verin
Qıçlara tam oturan, dizdən aşağı azca bollaşan şalvar modellərinə
qarderobunuzda daha çox yer ayırın. Belə şalvarlarla dabanlı ayaqqabılar
geyinin. Qalın dabanlı ayaqqabılar isə bu tip şalvarlarla əla
kombindir. Ayaqqabıların dabanı şalvardan görünməməlidir. Belə kombin
üçün üstə isə çox geniş və uzun olmayan geyimlər seçilməlidir ki, bel
görünərək daha gözəl görüntü versin.

Maxi ətəkləri unutmayın
Maxi ətəklər xanımları daha uzun göstərir. Burada əsas sirr doğru
kəsimli ətəyi seçməkdir. Qabarıq, qat-qat olan maxi ətəklərdən uzaq
durmaq lazımdır. Daha çox birrəngli və tünd maxilərə üstünlük verin.
Kombin olaraq da dabanlı botlar, sandallar və ayaqqabılar seçin.

Ayaqqabılarınızı yaxşı seçin
Hər zaman feminəl modellərə üstünlük verin. Feminəl ayaqqabılar qıçları
daha uzun göstərməyə kömək edir. Ayaqların üstündən baxanda ayaqlar
görünürsə bu tip ayaqqabılar qısa boy xanımlar üçün idealdır. Babetlər,
sivriburun stilleto və platform ayaqqabılar bura daxildir. İdman
stilində ayağınızın üzərini tamamilə örtən ayaqqabılardan qaçın.
Biləkdən bağlanan ayaqqabılar da qısa boylular üçün deyil. Amma birinci
punktda qeyd etdiyimiz kimi, Miroslava Duma tərzində geyim seçsəniz, bu
zaman biləkdən bağlanan hündür dabanlı ayaqqabılar geyinə bilərsiniz.
Mütləq nude (dəri rəngli) ayaqqabıları qarderobunuzdan əksik etməyin.

Birrəngli geyinin
Qısaboylusunuzsa o zaman monoton stildən əlavə monoton rəng də
sizlikdir. Başdan ayağa bir rəng geyinsəniz həm olduğunuzda uzun, həm də
incə görünərsiniz. Parlaq tək rənglərdən isə uzaqlaşın. Daha çox tünd
rəngləri seçsəniz o zaman bu işdə uğurlu olarsınız. Qara, tüng göy, tünd
yaşıl və bordo rəngli geyimləri qarderobunuza mütləq əlavə edin.

Hər zaman yüksəkbel geyimlər istifadə edin
Fərq etməz yüksəkbel ətək, şalvar və ya şort. Bu tip geyimlər diqqəti
yayındırar və boyun uzun görünməsinə səbəb olar. Qısa boylu olub kilolu
olan xanımlar yüksəkbel şalvarlar geyinməməlidir.

Böyük çantalardan isə istifadə etməyin
Oversized çantalar trend ola bilər, amma unutmayın ki, bu tip çantalar
boyunuzu daha da qısa göstərər. Qısa boylu xanımlar, sizin üçün kiçik əl
çantaları, çarpaz asqılı kiçik çantalar və çox böyük klatçlar
əvəzolunmazdır.

Saçlarınızı təpədən topuz yığın
Çoxlarının imtina etmədiyi saç stili olan topuzları boyunuzun qısalığını
önə çıxarmamaq üçün də rahatlıqla istifadə edə bilərsiniz. Saçlarınızı
tam təpədən topuz yığsanız bu işi bacararsınız.

Üfüqi xətlərdən uzaq qaçın, şaquli xətləri isə sevin
Şaquli xətlər boyu uzun göstərər. Amma burada diqqət edilməli nüans
xətlərin qalınlığıdır. Şaquli qalın xətli geyimlər insanı kilolu və daha
da qısa boylu göstərir. Buna görə də şaquli incə xətli geyimləri
seçsəniz qazanmış olarsınız.

İncə kəmərlər istifadə edin
Qalın kəmərlərinizi kənara tullayın! İncələri isə qarderobunuza əlavə
edin. Amma yenə də burada bir nüansa diqqət etməlisiniz: kəmərin rəngi
köynək, paltar və ya pencəyinizin rəngi ilə eyni və ya yaxın çalarda
olmasıdır. Bununla da qıçları uzun göstərib, bədəni iki hissəyə
bölmədiyiniz üçün xoş görünüş yaratmış olarsınız.

Həmişə V yaxalı geyimlər geyinin
V yaxalı üst geyimlər gözləri yanıladaraq onu geyinəni daha uzun
göstərər. Hətta sadəcə uzun göstərməz, həm də, daha arıq göstərər.

Qısa saçlara üstünlük verin
Uzun saçların qısa boyları daha da vurğuladığı hamıya məlumdur. Qısa
boylusunuzsa o zaman çiyinlərdən olan saçlar sizin üçün ideal saç
modelidir. Bunun üçün daha çox kare saçlar (bob kəsimli saçlar) daha
uyğundur. Hətta uclardan bir az uzun olsalar gözəl olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!