Özünüzə uyğun ətir necə seçilməlidir?

Özünüzə uyğun ətir necə seçilməlidir?
Gözəllik sirləri
10.09.2017 20
Ətir hər nə qədər kişilər üçün də əhəmiyyətli bir kosmetik məhsul olsa
da, qadınların həyatında daha çox yer tutur. Çünki kişilər bəzən ətirdən
istifadə etməyi unutsalar belə, bunu özlərinə problem etmirlər. Lakin,
biz qadınlar unutsaq, bunu böyük bir problemə çevirəcəyik. Təbii ki, bu
vəziyyət ozünüzə uyğun ən doğru ətirin seçilməsi məsələsini də gündəmə
gətirir. Bəzən ətiri istifadə etdikdən bir qədər sonra qoxunun
dəyişdiyini hiss edirik. Bunun başlıca səbəbi ətirin pis qoxulu
olmasında deyil, özümüzə uyğun olmamasından qaynaqlanır. 

" Özümə uyğun ətiri necə seçə bilərəm?" sualına cavab tapmaq üçün xəbəri diqqətlə oxuyun. 



Özünüzə uyğun ətiri seçmək üçün əsas şərt sizə uyğun olmayan ətirlərin
bədəninizdən qısa müddət sonra çəkiləcəyini bilməkdir. Çünki bədən özünə
uyğun olmayan qoxunu ən qısa müddətdə üzərindən atır. Üzərinizdə daha
çox qalan ətirlərin sizin üçün düzgün seçim olması deməkdir. Belə ki,
ətiri istifadə etdikdən dərhal sonra deyil, yarım saat sonra iyləsəniz,
qoxunun sizə uyğun olub - olmamasını biləcəksiniz.



Ətirləri yoxlamazdan əvvəl bol ədviyyatlı və ya ət yeməkləri kimi bədən
qoxusunu dəyişdirən qidalardan istifadə etmək məsləhət görülmür. Bu
səbəbdən yüngül bir nahardan sonra sınanacaq ətirlər çox daha doğru
nəticələr verəcəkdir. 



Məncə, dəniz qoxusu kimi aromatlar saçan ətirlər sizin üçün də doğru seçim olacaq. 

Qadınların özlərinə uyğun ətir seçmələrində bir digər meyar isə ətiri harada istifadə etdiklərindən asılıdır. 

İş görüşməsi kimi ciddi və əhəmiyyətli yığıncaqlarda istifadə edilən
qoxular daha sadə və ətrafa çox yayılmayan qoxular olmalıdırsa, romantik
görüşlərdə istifadə edilən ətirlər, əksinə, bir az da artıq ətir
yaymalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!