Qarın Gərmə (Tummy Tuck)

Qarın Gərmə (Tummy Tuck)
Gözəllik sirləri
10.09.2017 17
Qarın gərmə əməliyyatı qarın bölgəsində narahatlıq verən sallanmaların götürülməsi ilə həyata keçirilir. Qadınların doğum sonrası ya da həddindən artıq kilo vermədən sonra köhnə halına dönməyən və sallanan qarın dərisi çıxarılır.

Qarın gərmə əməliyyatlarında orta və alt qarının dərisi yağ toxuması ilə və sallanmış olan qisim ilə birlikdə çıxarılır. Əgər boşalmış və yanlara doğru açılmış əzələlər var isə tikiş köməyi ilə gerginleştirilir. Bu şəkildə qarında mövcud şişman görüntü də aradan qaldırılmış olur.



Qarın gərmə əməliyyatı sonrasında çapıq (yara izi) qalarmı?

Dəri əməliyyat zamanı yuxarıdan aşağı çəkildiyi üçün bikini bölgəsində qalan üfüqi istiqamətdə bir çapıq (yara izi) qalmaqdadır.



Qarın gərmə əməliyyatı doğum çatlaqlarını aradan qaldıra bilərlərmi?

Qarın dərisi yuxarıdan aşağı doğru çəkildiyi üçün göbək xəttinin altında qalan doğum çatlaqlıqları tamamilə götürülə bilir.



Qarın gərmə əməliyyatına ən uyğun namizəd kimlərdir?

Bədən ağırlıq dağılımına görə normala yaxın, edilən idman və pəhrizlərə baxmayaraq qarında qalan yağ və dəri artıqlıqlarından narahat olan kəslər uyğun namizəddir. Bir neçə doğumdan sonra qarın dərisində boşalma və sallanma meydana gəlir və dəri elastikliyini itirərsə qarın gərmə əməliyyatı tövsiyə edilir.



Qarın gərmə əməliyyatı sonrası hamilə qalmaq olarmı?

Bu əməliyyat boşalmış və sallanan dərinin çəkilməsi ilə həyata keçirilir və bu səbəbdən hamilə qalmaq məsləhət görülmür. Təkrar uşaq sahibi olmaq istəyən qadınlar qarın gərmə əməliyyatı qərarı vermədən əvvəl həkiminə bu mövzunu açması məsləhətdir.



Qarın gərmə əməliyyatı sonrası necə bir nəticə gözlənilməlidir?

Əməliyyat sonrası fiziki görünüş bir neçə gün içində dəyişməyə başlayacaq. Bədənin şişi yatdıqdan sonra yeni bədən xəttləri ortaya çıxacaq və nəticəni böyük sevinclə görmüş olacaq.



Qarın gərmə əməliyyatının fəsadları varmı?

Təcrübəli bir həkim ilə daha yaxşı nəticələr alına bilər, ancaq hər əməliyyatda olduğu kimi fəsad meydana gəlməsi mümkündür. Infeksiya və qanaxma kimi nadir problemlər ilə qarşılaşmaq olar. Siqaret çəkmək yara izinin sürətli yaxşılaşmasına maneə törətdiyi üçün siqaret içilmemesi tövsiyə edilir.



Xəstəyə hansı anesteziya tətbiq olunmalıdır?

Əməliyyat çətinlik dərəcəsinə görə 3-4 saat davam edə bilər. Əməliyyata başlamazdan əvvəl xəstəyə yüngül bir yuxugətirici olunur və sonra ümumi anesteziya tətbiq olunur.



Qarın gərmə əməliyyatı sonrası müddət nədir?

Əməliyyat sonrsı qarında bir neçə gün şiş, ağrı və gərginlik hiss edilə bilər. Həkiminiz buna qarşı ağrı kəsici tövsiyə edə bilər. Xəstə erkən dövrlərdə gəzməsi üçün qaldırılır. Tikişlərin çoxu gizli tikiş olduğu üçün alınmasına ehtiyac yoxdur. Sarğılar deyişdirildikdən sonra xəstəyə korset geydirilər. Bu korset 1-1,5 ay geyilməsi tövsiyə edilir.



Qarın gərmə əməliyyatı sonrası nə zaman normal həyata başlamaq olar?

Əməliyyat olan xəstələrin bəziləri 2 həftə kimi bir müddət sonra işinə başlaya bilir. Yaxşılaşmanın tamamlanması bir neçə həftə çəkə bilər. Qarın bölgəsində olan tikiş izləri diqqətə çarpan bir tündləşmədən sonra solmağa başlayır və daha az bilinir. Doktor kontrolu ilə qarın əzələlərini işlədəcək yüngül məşq tövsiyə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!