Xarici məşhurların gözəllik sirləri

Xarici məşhurların gözəllik sirləri
Gözəllik sirləri
10.09.2017 30
Gözəl olduqları bütün dünya tərəfindən təsdiq edilən məşhur ulduzlar sizlərlə öz sirlərini paylaşırlar…



Meqan Foks

Meqan Foks bədənini təmizləmək üçün alma sirkəsindən istifadə edir. Foks fiziki hərəkətlərə və pəhrizə o qədər də heyran deyil. Alma sirkəsinin bədənini zərərli toksinlərdən təmizləmək və fiziki formasını qorumaq üçün kifayət etdiyini düşünür.



Yemək yeyməzdən əvvəl bir fincan suya qarışdırılan 2 qaşıq alma sirkəsinin maddələr mübadiləsini sürətləndirdiyi və çəkiyə nəzarətdə effektiv vasitə olduğu ekspertlər tərəfindən təsdiqlənib. Eyni zamanda, alma suyu minerallarla və vitaminlərlə zəngindir.



Cennifer Lopez

Qaragilə Cennifer Lopezin sevimlisidir. S vitamini ilə zəngin olan qaragilə dəri üçün də çox faydalıdır, o həmçinin immunitet sistemini də gücləndirir.



Kim Kardaşyan

Kim Kardaşyan köhnə dəbi – fiziki təlimi və sağlam bəslənməyi üstün tutur. O, selülitdən qorunmaq üçün dəri kremlərindən də istifadə edir.



Penelopa Kruz

Tünd şokolad! Penelopa antioksidlə zəngin olan tünd şokoladı hər şeydən üstün tutur.



Heydi Klum

Hamiləlikdən qısa müddət sonra fotoqrafların qarşısında keçərək gözəl və düzgün bədənini nümayiş etdirən Heydi Klum sadəcə hər şeyə real baxdığını deyir. Onun doğuşdan sonra podyuma çıxması da bir anda oldu.



Naomi Vats

Naomi hamiləlikdən sonra sadəcə 2 ay ərzində əvvəlki fiziki formasına qayıtdığını və bunun hansısa ekstrim rejimin köməyilə deyil, uşağını əmdirərək etdiyini deyir. Üstəlik, Vats hamiləliyi boyuca həmişəkindən daha çox yediyini də etiraf edib.

Ananın uşağını öz südüylə bəsləməsi gündə 840 və 1675 arasında kalori itirməsinə səbəb olur.



Miranda Ker

Miranda Kerin sirri isə isti suya əlavə edilən limondur. Bu, onun vücudunu təmizləyir, həmçinin maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur.



Eva Lonqria Parker

Evanın möhtəşəm bədəninin yaradıcısı olaraq məşhurlaşan idman müəllimi Patrik Mörfi belə deyir: "Demək olar ki, bütün məşhurların rejiminin sirri eynidir: 2-3 saatdan bir yemək yemək. Bəzi insanlar bütün günü ac qalıb, gecələr soyuducuya hücuma keçirlər və qabaqlarına nə çıxsa, yeyirlər. Bu özünü aldatmaqdan, maddələr mübadiləsini zəiflətməkdən başqa bir şey deyil. Səhərdən etibarən vaxtı vaxtında qidalanmaq lazımdır ki, bədən normal işləsin”.



Kelli Osborn

Spirtli içkini və narkotiki atdıqdan sonra həqiqətən də arıqlayan Osbornun təcrübəsi bizə hansı nəticəni verir? Alkoqol bədəndə şəkər yaradır və bu şəkər bədəndə asanlıqla həll olunmur.



Nikol Kidman

Şüşə kimi şəffaf dərisi olan Nikol Kidmanın tövsiyyəsi çox sadədir: gec yaşlanmaq istəyirsinizsə, günəşdən və ultrabənövşəyi şüalardan uzaq qaçın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!