İncə belə sahib olmaq asandır

İncə belə sahib olmaq asandır
Gözəllik sirləri
10.09.2017 12
Yastı və düz qarına sahib olmaq yaşından asılı olmayaraq, hər bir qadının arzusudur. Xüsusilə isti yay günlərində piyli və dik qarın xanımların özlərini narahat hiss etməsinə yol açır. Kim çimərlikdə gözəl görünmək istəməz ki?! Əlbəttə ki, istəmək yaxşıdır. Amma bunun üçün özünə müəyyən məhdudiyyətlər qoymalısan. İdman etmək sağlamlıq üçün həmişə vacibdir. Amma menyunuzu yağsızlaşdırmayınca yastı və düz qarın arzu olaraq qalacaq.



Fındıq, qoz pastası, və yağı

Mono doymamış yağlarla qidalanan insanların beli eyni kalori qəbul edən, lakin tərkibində bu yağ olmayan insanlarla müqayisədə daha incə olur. Təbii olaraq qarnı da düz olur. Amma unutmayın ki, hər şeyin bir ölçüsü olmalıdır: Sizin limitiniz: gündə bir ovuc qoz-fındıq və ya 1 xörək qaşığı pastası və yaxud yağı ola bilər.



Yağsızlaşdırılmış süzmə və ya qatıq

Süzmənin tərkibində zülalın miqdarı yüksəkdir. Ona görə də süzmə daha çox doyumludur. Süzmə başqa xüsusiyyətləri ilə digər ağartı məhsullarından heç nə ilə seçilmir. Süzmənin tərkibində bağırsaqlardakı zərərli bakteriyalarla mübarizə aparan, qarın köpünü aradan qaldıran probiotiklər var. Gün ərzində 200 qram süzmə yeyin, ona sevdiyiniz meyvə, giləmeyvə və ya yulaf topaları əlavə edə bilərsiniz.



Göbələk

Alimlər sübut ediblər ki, D vitamini çatışmazlığı bel nahiyəsində lüzumsuz piylərin yığılmasına səbəb olur. Göbələk isə D vitamininin yeganə bitki mənşəli mənbəyidir. Ən başlıcası isə göbələk çox doyumlu və dadlıdır.



Tərkibində yağı az olan şokoladlı süd

Bu içkinin tərkibində optimal miqdarda karbohidrat və zülallar var. Ona görə də intensiv məşqdən sonra bir stəkan şokoladlı süd - idman kokteyli gücünüzü bərpa edəcək. 1% yağlılığı olan süd seçin və gün ərzində 250 ml.-dən artıq içməyin.



Popkorn

Bir kasa popkornda cəmi 100 kalori var. Amma yalnız bir şərtlə ki, popkorn xüsusi cihazda isti havanın köməyi ilə və yağ əlavə edilmədən hazırlansın.



Lobya

Paxla həvəskarlarının siyahısına siz də qoşulun! Onların kalorisi azdır, ancaq tərkibində xeyli faydalı sellüloza, vitamin var. Qarında köpün yaranmasını istəmirsinizsə, bir boşqab lobya və ya mərciməkli şorbadan sonra mədənizi bu faydalı qidaya yavaş-yavaş alışdırın. Kiçik porsiya ilə yeyin və günü-gündən porsiyanı artırın.



Kinoa

Birincisi, tam taxıl məhsullar yastı qarın uğrunda mübarizədə uğurun rəhnidir. Bundan başqa, kinoa zülal məzmununa görə rrəqiblərini, o cümlədən qarabaşağı qabaqlayır. Mütəxəssislər bu qidanı səhər yeməyində yeməyi, salatlara, xüsusilə meyvə salatlarına əlavə etməyi məsləhət görürlər.



Meyvə və tərəvəz

Meyvə və tərəvəzin tərkibinin 80-90 faizi sudan ibarətdir, lakin buna baxmayaraq, onun tərkibindəki qida maddələrinin faydasını saymaqla bitməz. Ara yeməkləri üçün əvəzi yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!