Öpülməli dodaqlar üçün məsləhətlər

Öpülməli dodaqlar üçün məsləhətlər
Gözəllik sirləri
10.09.2017 30
Öpüşünüzü əvvəlcədən sığortalamaq istəyirsinizsə ağız sağlamlığınıza və təbii ki, dodağınıza qulluq etməyə diqqətlə yanaşmalısınız.



Su için!

Su, ağzınız və bədəniniz üçün ən sağlam içkidir. Su içəndə ağzınızın içi təmizlənir və çürük riski də azalır. Ancaq çalışın şirin və turş sular içməyin. Belə sular dişlərin çürüməyini tezləşdirir və damaqlara həsaslaşdırır.



Şirin sakkız çiynəməyin!

Tüpürmək, ağzınızın qoxusuna qarşı ən əsas silahınızdır. Ağzınız quruyanda daha çox qoxur. Səhərlər nəfəsinizdən xoş olmayan qoxu gəlməyinin də səbəbi ağzınızın qurumasıdır. Gecələr ağzınızda az miqdarda tüpürcək yarandığına görə ağzınızdan qoxu gəlir. Şirin olmayan sakkızlar tüpürcək yaranmasını artırdığı üçün ağız qoxusuna qarşı təsiredicidir.



Darçın ilə nəfəsinizi təravətləndirin!

Darçın ağız qoxusuna qarşı çox təsiredici ədviyyatdır. Darçının tərkibindəki maddələr pis qoxu ilə mübarizə aparmaqla yanaşı, bakteriyaların yaranmağına da mane olur.



Qəhvə, qırmızı şərab və çayı az için!

Bu içkilər dişdəki ləkələrin yaranmasına səbəb olur. Dişin üzərində yaranan ləkələr təmizlənsə də dişin daxilinə nüfuz edən rəng dəyişməsi daimi olur. Bu səbəbdən qəhvə,qırmızı şərab və çayı borucuq vasitəsi ilə içməyinizi məsləhətdir.



Siqaret çəkməyin!

Sevgiliniz sizə deməsə də biz deyirik: Ağzınız kül qabı qoxusu verir! Təravətli və daha gözəl qoxulu nəfəs üçün siqaret çəkməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!