Hansı rəng dodaq boyası dişlərinizi daha ağ göstərər?

Hansı rəng dodaq boyası dişlərinizi daha ağ göstərər?
Gözəllik sirləri
10.09.2017 15
Dişlərinizi daha ağ göstərmək üçün dodaq boyasından faydalana biləcəyinizi bilirdiniz? Siz fərqində olmasanız belə istifadə etdiyiniz pomada dişlərinizi daha ağ ya da daha sarı göstərə bilər. Dişləri daha ağ göstərən dodaq boyası rəngləri..

İlk növbədə hər hansı rəng dodaq boyası istifadə etməli olduğunuz barədə məlumat verək. Əgər dişləriniz sarı görünməsini istəmirsinizsə narıncı, şaftalı, açıq-çəhrayı tonlarından yəni dərinizin rənginə yaxın çalarlardan istifadə etməməyiniz məsləhətdir.

İstifadə edə biləcəyiniz dodaq boyası rəngləri:



Parıltısız çəhrayı:

Çox parlaq olmayan tonlardan biri çəhrayı rəngi istifadə etsəniz dişlərinizi olduğundan daha ağ göstərər.



Şəffaf çəhrayı:

Şəffaf çəhrayı tonlarından da istifadə etsəniz sizin dişləriniz daha ağ görünəcək.



Qırmızıya yaxın rənglər:

Qırmızı tonlarına yaxın rənglər dişinizi daha ağ göstərməklə yanaşı dişinizdəki ləkələri də gizlədəcək



Fuchsia(küpə çiçəyi):

Fuchsia tonlarında olan dodağ boyası gülüşünüzü daha canlı və parlaq görstərəcək.



Qırmızı:

Təbii ki qırmızı rəng dişlərinizi daha ağ göstərən ən güclü rəngdir. Parlaq qırmızı dodağ boyasından istifadə dişlərinizi daha gözəl göstərər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!