Gözəl dodağa sahib olmağın yolları

Gözəl dodağa sahib olmağın yolları
Gözəllik sirləri
10.09.2017 30
Dolğun, gözəl və göz oxşayan dodaqlara

sahib olmaq artıq xəyal deyil! Sizinlə paylaşacağım kiçik tövsiyələr sayəsində dodaqlarınız cazibədar bir görünüşə sahib olacaq. Dodaqlarınıza uyğun rəngi seçmək çox çətindir. Dəri rəngimizə uyğun olmayan

rəngləri seçdiyimizdə makyajımız süni görünür və gözelliyimizi gizlədir.



Dodaqlarımıza mat rəngləri necə istifadə edəcəyimizi, qırılan dodaq boyasını necə düzəldəcəyimizi, səfərə çıxarkən fərqli rənglərdəki dodaq boyasını necə praktiki bir formada aparacağımızı, boyanı çəkərkən

dodaqlarımızın necə daha gözəl və dolğun göstərəcəyimizi bu xəbərdə öyrənəcəyik. Makiyaj çəkmək öyrənilən bir şeydir. Buyurun, xəbərimi oxuyun və boya ilə əlaqədar bilmədiklərinizi öyrənin.



Göz qələmini bir qulaq çöpü köməyiylə dodaq xətti üzərində çəkin. Daha sonra bu xətti dodaq qələmiylə təqib edin və içini dodaq boyası ilə çəkin. Hamar, aydın və dolğun dodaqlarınıza doyunca baxın.



Dodaqlarınızda mat rənglər istifadə edirsizsə və diqqətdə olmaqdan uzaq qalan sadə bir xanımsınızsa, bu maddə tam sizə görədir! Dəri rənginizə uyğun mat dodaq boyası tonunuzu seçin və doğru makiyaj nizamlamalarına əməl edin. Sarışın xanımlar çəhrayı tonlarını, qumral xanımlar şaftalı və portağal rəngi tonlarını, əsmər xanımlar isə şokolad qəhvəsini seçməlidir.



Yaxşı mat rənglərin yerinə mənim kimi parlaq və göz qamaşdıran tonları sevirsinizsə, nə etməlisiniz? Dəri rənginizə uyğun olanı seçərək gözəl dodaqlarınızı ortaya çıxarmalısınız. Sarışın xanımlar qan qırmızısını, qumral xanımlar nar çiçəyi rəngini

və əsmər xanımlarda badımcan çiçəyi bənövşəyisi (burgundy) və bordo rəngini istifadə etməlidir.



Həftəlik dərman qutularının içinə boyalarınızı kəsərək qoyun və tətilə hazırlıqlı gedin! Hər gün fərqli bir rəng istifadə edərək marağı üzərinizə toplayın, həm də yerdə qənaət edin. Bu pratik üsul həyatınızı asanlaşdıracaq. Üstəlik eyni qutunu çantanızda gəzdirsəniz, əgər gündəlik həyatınızda da hər an və hər vəziyyətə uyğun dodaq boyanız çantanızda

olar. Məlum bir xanım hər vəziyyətə hazırlıqlı olmalıdır.



Qırılan boyalar sizi yordumu? Boyalar çox həssasdır və tez qırılırlar. Səhvən bir az çox açsanız, dərhal parçalanırlar, amma əhəmiyyətli deyil. Boyalarınızı qırılan yerindən yandırıb isitsəniz və dərhal eyni yerə

yapıştırsanız sağlam vəziyyətinə geri dönəcək.



Dodaqlarınızın daha böyük və dəbdəbəli görünməsi üçün şəkildəki kimi dodaqların tam ortasına alt və üst qisiminə inci rəngi göz farası çəkin. Daha sonra boyanızı tətbiq edin. Cazibəli dodaqlara iki dəqiqəyə sahib olun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!