10 addımda gözəllik!!

10 addımda gözəllik!!
Gözəllik sirləri
10.09.2017 7
Gözəl bir dəri baxımdan keçər. Dəriyə ehtiyacı olan bütün baxımı verməliyik. Hava şərtləri, dəriyə ehtiyacı olan nəmi verməmək, və dəri baxımında edilən səhvlər dərinin pozulmasına səbəb ola bilir.

Sizə 10 addımlı praktik baxım siyahısı hazırladım.

 

Sızanaqlara Dayan Deyin

Üzünüzdə qızartı və inadçı sızanaqlarmı var? Sizə təklifimiz yatmadan əvvəl qızartıların üzərinə anti bakteriyel gil maskası çəkin. Səhər qalxınca yuyun. Gündə bir dəfə tətbiq olunan bu maska sızanaqlarla döyüşdə sizi qazanan tərəf edəcək.



Soyuq Şok

Sızanaqların üzərinə buz tətbiqinin qabarıqlıq və qızartı yatırdığını bilirsinizmi? Buzun soyuqluğu damarları daraldaraq qan axışını təzyiq altına alar və üzünüz solmuş görünər.



Aspirinlə Yox et

Allergiyanız olmadığına əminsinizsə, bir Aspirinini əzib bir az suyla qarışdıraraq məcun konsistensiyasına gətirin və sızanaqların üzərinə sürün.



Xiyarla Möcüzə

Xiyarda A, B və C vitaminləri, fosfor, kalium, dəmir, maqnezium və selenium vardır. Dəri sağlamlığınız üçün hər gün bir dənə xiyar yeməlisiniz. Hətta qabığını bir az qalın soyub üzünüzə sürtdüyünüzdə ani bir canlılıq və yumşaqlıq hiss edəcəksiniz!



Pudra Deyil, Tampon

Gün boyunca dərinin parlamasının qarşısını almaq üçün pudra sürmək yerinə, əmici kağızlarla dərinizi silin.



Sürətli Olun

Duşdan çıxar çıxmaz nəmləndirici kremi bədəninizə mümkün olduğunca sürətli sürməlisiniz. Çünki dərinizdəki nəm üç dəqiqədə buxarlanacaq.



Ayaqlarınıza da qulluq edin....

Duşa hər girişdə ayaqlarınızı peeling məhsuluyla ovarsanız dərisi sərtləşməz. Sonra çıxar çıxmaz yaxşıca qurulayıb bol miqdarda krem sürün və corablarınızı geyib ayaqlarınızı yumşalmağa buraxın.



Dirsəklərdə Yumşaqlıq

Yumşaq dirsəklər üçün bitki mənşəli yağlardan bol miqdarda sürün. Sonra istifadə etmədiyiniz corabların barmaq qisimlərini kəsin və qollarınıza keçirin. Oyandığınızda yumşaq olacaqlar!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!