Çillərdən qurtulmağın yolları

Çillərdən qurtulmağın yolları
Gözəllik sirləri
10.09.2017 19
Çillər genetik ola və ya günəşə çox məruz qalma nəticəsində yarana bilər. Çillər zərərli deyil, ancaq bəzi insanlar çillərinin rəngini açmağı və ya tamamilə silməyi istəyirlər. Çillərinizin rəngini təbii üsullarla necə aça biləcəyinizi və çillərdən necə qurtula biləcəyinizi öyrənmk üçün yazımızı oxumağa davam edin.



Təbii rəng açma

Limon suyundan istifadə edin. Limon suyu təbii ağardıcıdır və çillərin daha açıq rəng görünməsini, hətta yoxa çıxmasını təmin etmək üçün istifadə edilir. Bu üsul günəş işığına məruz qalma nəticəsində yaranan çillərdən çox, təbii çillər üçün faydalıdır. Çünki bunlar daha tünddür. Bir neçə dənə təzə limon götürün və suyunu kasanın içərisinə sıxın. Bir pambığı limon suyuna batırın və üzünüzdəki çilli hissələrə tətbiq edin. Limon suyunun dərinizə 10 dəqiqə boyunca nüfuz etməsinə icazə verin. Daha sonra soyuq su ilə təmizlərin. Dərinizin rəngini açmaq üçün limon suyunu hər gün tətbiq edin.



Süd maskasını sınayın

Çillərin rəngini açmağın digər bir üsulu da südlü maska hazırlayaraq üzünüzə tətbiq etmək və dərinizə hopmasını gözləməkdir. Südün tərkibində olan turşular dərinin üst təbəqəsini soyaraq çilləri açıq rəngli göstərir. Bu üsul da günəş çillərindən çox təbii çillərə təsirlidir. Yağlı südü bir kasaya töküb üzünüzü bu südlə silin. 10 dəqiqə boyu gözləyin və soyuq su ilə yuyub üzünüzü qurulayın.



Meyvə peelingini sınayın

Meyvələri qarışdırıb üzünüzə sürtərək qurumasını gözləmək dərinizin üst təbəqəsini soyan və çillərinizin rəngini açan təbii bir üsuldur. Yağışqan meyvə suyu dərinizə yapışıb dərinizi zərif bir şəkildə soyacaqdır. Çiyələk və kiviləri bir qabın içərisində əzin. Üzünüzdə çillərin çox olduğu hissələrə əzib 20 dəqiqə qurumasını gözləyin. Üzünüzdəki meyvələri silin və soyuq su ilə üzünüzü yuyun. Eyni maskanı çiyələklə kivini, xiyar və əriklə əvəz edərək də istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!