Plastik və rekonstruktiv cərrahhiyyənin sahələri

Plastik və rekonstruktiv cərrahhiyyənin sahələri
Gözəllik sirləri
10.09.2017 16
Estetik cərrahiyyə

Kraniomaksillofasial (kəllə-üz-çənə) cərrahiyyə

Dəri və dərialtı toxuması törəmələrinin cərrahi müalicəsi

Yanıqlar və xroniki yaraların müalicəsi

Əl cərrahiyəsi və mikrocərrahiyyə

Anadan gəlmə qüsurların cərrahiyyəsi



İnsan qədim vaxtlardan etibarən daima daha gənc və gözəl görünməyə çalışır. Yaşlanma əlamətlərini gizlətmək, özünü nisbətən gənc olaraq qələmə vərmək, bəlkə də müəyyən bir yaşdan sonra cəmiyyətə yenə də faydalı olmaq arzusunu əks etdirir. Çalışma şərtlərinin çətinləşməsi və rəqabətin artması ilə insanlar özlərini daha gənc göstərmək üçün kütləvi şəkildə estetik cərrahiyyəyə müraciət etməyə başlayırlar. Əlbəttə, estetik cərrahiyyə də, bir sahə olaraq son zamanlarda sürətlə irəli gedir.



İnkişaf etmiş ölkələrin çoxunda estetik cərrahların təhsili uzun və davamlı bir prosesdir. Estetik cərrahiyyə ilə məşğul olmaq üçün sadəcə əməliyyat texnikalarını bilmək kifayət deyil. Avropa və Amerikada bir zamanlar estetik əməliyyatların plastik cərrahiyyə təhsili olmayan şəxslər tərəfindən aparılması böyük maddi və mənəvi ziyanlara yol açıb. Bu sahə geniş tibbi baxışla birgə sənət qabiliyyəti də tələb edir. Eyni zamanda estetik cərrahiyyə rəssamlıq yaxud heykəltaraşlıqdan daha çətindir. Rəsm yaxud heykəldə bir xəta olduqda bunu düzəltmək mümkündür. Başqa bir rəng yaxud gil parçası rəsm və həykəldəki yanlışı aradan qaldıra bilər. Lakin insana tətbiq edilən əməliyyat bir dəfə və ən mükəmməl şəkildə, bu işin mütəxəssisi tərəfindən aparılmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!