Dəri tamlığının pozulmasının səbəbləri

Dəri tamlığının pozulmasının səbəbləri
Gözəllik sirləri
10.09.2017 8
Travmalar, yanıqlar, infeksiya,

Qan dövranın pozulması nəticəsində dəridə lokal ölüm, Autoimmun xəstəliklər nəticəsində dəridə toxuma nekrozu

Zəhərli heyvan və həşərat dişləməsi nəticəsində dəri nekrozu.

Çapıqların müalicəsi onlar yaranmadan başlamalıdır. Məsələn, yanıq sahəsi epitellə örtülən kimi çapığa qarşı müalicə (təzyiqli geyimlər, silikon müalicəsi, xüsusi masaj və s.) başlamalıdır. Bu müalicə çapığın qarşısını alır və ya ciddi ölçüdə miqdarını azaldır.



Əmələ gəlmiş çapıqların müalicəsi ciddi bilik və bacarıq tələb edir. Çapıq toxuması əmələ gələn dəri defektini doldurmaq funksiyası güdür. Yəni əslində lazımlı prosesdir. Ancaq əmələgələn çapıq normal toxuma kimi funksiyonal (işlək) deyil və görüntüsü pisdir. Müraciət edən xəstələr çapıqların tam ləğv edilməsini və çapıqsız əməliyyatlar istəyirlər. Hörmətli oxucular, çapıqları tam götürən metod yoxdur. Tibb elmi hələ ki çapıqları tam ortadan qaldıracaq biliklərə sahib deyil. Ancaq çapıqları ciddi şəkildə azaltmaq, gizlətmək və ya daha azgörünən vəziyyətə gətirmək olar



Estetik əməliyyatlar vaxtı da izlər qalır. Ancaq bu izlər çox kiçik və kamuflyaj edilmiş olur. Məsələn, rino-plastika əməliyyatı burnun içindən, çənə əməliyyatları ağzın içindən həyata keçirilir və izlər görünmür. Və ya endoskop vasitəsilə görünməyən kiçik bir dəlikdən üz gərmə həyata keçirilir. Süd vəzisini böyütmə əməliyyatı süd vəzisinin başı ətrafından, çəhrayı dəri ilə adi dəri sərhəddindən kəsilən xətdən icra olunur. Beləliklə qalan çapıq sərhəddə kamuflyaj olunur və bilinmir.



Başqa bir problem ətrafların hərəkətinə mane olan kontrakturalardır. Kontrakturaları tam açmaq və çapıq izlərini ciddi şəkildə azaltmaq olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!