Evdə şəraitində dezodorant hazırlanması

Evdə şəraitində dezodorant hazırlanması
Gözəllik sirləri
10.09.2017 7
Bir çoxumuz dezodorant və ətirləri, müxtəlif kosmetik məhsulları satan
dükanlardan alırıq. Lakin bu məhsulların içində bir çox kimyəvi maddə
olduğunu qeyd etmək lazımdır. Bu kimyəvi maddələr həssas dərilərdə
təhriş edici xüsusiyyətə sahibdirlər. Ayrıca uzun müddət ərzində tənə
nüfuz edən ətirin dərini qırıştırdığı bilinməkdədir. Qadinlar.Biz xəbər verir ki, sizlərlə
paylaşacağımız sadə tariflər sayəsində evdə dezodorant etmə imtiyazına
sahib olacaqsınız.



Evdə yasəmən qoxulu dezodorant

Tərkibi:


Badam yağı (2 xörək qaşığı qədər)

Yasəmən özü (3 damcı)

Talk pudrası (1 xörək qaşığı)



Hazırlanması:

Materialların
hamısını bir qabda yığıb bircinsli bir qarışıq əldə edənə qədər
qarışdırın. Əldə etdiyiniz xoş qoxulu dezodorant istər kiçik bir sprey
şüşəsinə istər normal bir şüşəyə qoya bilərsiniz. Bir neçə damla gün
ərzində gözəl iy vermənizi təmin edəcək. Bu dezodorant sayəsində
bədəniniz zərər görməz və tər qoxusunun qarşısını alarsınız.



Evdə gül qoxulu dezodorant

Tərkibi:


Etil Spirti (180 ml. Spirti apteklədən əldə edə bilərsiniz)

Gül suyu (30 qram)

Lavanta yağı (4 çay qaşığı)

Qərənfil yağı (25 qram)



Hazırlanması:

İlk
olaraq spirtin yarısını ayırın. Ayırdığınız spirtin içinə lavanta
yağını və qərənfil yağını əlavə edin və yaxşıca qarışdırın. Ardından bu
qarışığın üzərinə spirtin qalanını əlavə edib qarışdırmağa davam edin.
Son olaraq 30 qram gül suyunu qarışığa əlavə edin və şüşə bir qaba
qoyun. Bu ətir sayəsində möcüzə bir qoxuya sahib olacaqsınız.



Nanə qoxulu təbii dezodorant

Tərkibi:


Təzə Nanə (3 yemək qaşığı)

Alma sirkəsi (2 yemək qaşığı)



Hazırlanması:

Təzə
nanəni incə-incə doğrayın. (İstəsəniz robotdan da keçirə bilərsiniz.)
Parçaladığınız nanə üzərinə alma sirkəsini əlavə edin və yaxşıca
qarışdırın. Bu qarışığı şüşə bir qaba qoyun və ağzını yaxşıca bağlayın.
Nanə dezodorantını 1 həftə gözləməniz lazımdır. Ancaq bu şəkildə nanənin
kəskin qoxusu ortaya çıxa bilməkdədir. Hər gün dezodorantı çalxalayın
və açın. Bu şəkildə 7 gün davam etdikdən sonra nanə ətirli
dezodorantınız hazır olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!