Sizi yaşlı göstərən 5 dəb xətası

Sizi yaşlı göstərən 5 dəb xətası
Gözəllik sirləri
10.09.2017 15
Gənc görünmək ümumi qənaətə görə, genlərlə əlaqəli olsa da, bu
məsələdə geyim tərzi, aksessuar seçimi, saç və makiyajın da payı
var. Səhv seçilmiş paltar və ya aksessuar xanımı olduğundan qat-qat
yaşlı göstərə bilər.



Hər zaman qara geyinmək

Bəli,
qara hər kəsi arıq göstərir, ancaq yaş artdıqca, dəri daha az parlayır
və rəngi solmağa başlayır. Bu səbəbdən, qara rəng dəri qüsurlarının daha
çox ortaya çıxmasına səbəb ola bilər.

 

Əgər
qara geyinməkdə  israrlısınızsa, qara rəngi mütləq əlvan bir rənglə
birləşdirməyə çalışın. Əgər əlvan rəngləri xoşlamırsınızsa, qara və ağın
harmoniyasından istifadə edin. Qara donu rəngli bir şal, ya da
parıltılı bir şalla birləşdirə bilərsiniz.

 

Səhv büstqalter seçimi

Səhv
büstqalter seçimi sinəni olduğundan böyük, kiçik və ya sallanmış
göstərə bilər. Nəticədə, olduğunuzdan yaşlı görünəcəksiniz.

 

Büstqalter
seçərkən bədən ölçülərinizə tam uyğun olanı alın. Sinənizin daha böyük
görünməsi üçün kiçik büstqalter geyinməyin. Çünki bu, sağlamlığınız üçün
də zərərlidir. Hər 6 və ya 8 aydan bir büsqalterinizi dəyişməyə
çalışın. Əgər büsqalterin rezin asqıları boşalıbsa, deməli, onun ömrü
sona çatıb.

 

Vodolazka

Çox
soyuq havalarda vodolazkalar bizi soyuqdan qoruyur. Lakin bu cür
köynəklərdən çox istifadə etməklə yaşlı qadın imici yaradırsınız.

 

Bol paltarların içində itmək

Bol
pencək və ya dizə qədər uzanan qolsuz köynək və trikotajlar artıq
çəkini gizlətmir, nöqsanlarınızı örtmür, əksinə, sizi daha kök və yaşlı
göstərir.



Aksessuarların harmoniyası

Bu gün paltara uyğun çanta, çantaya münasib ayaqqabı və ya sırğa
uyğunlaşdırmaq p dəb deyil. Əlbəttə ki, seçdiyimiz aksessuarlar geyimlə
harmoniya təşkil etməlidir. Lakin hər şey dəst olmaq məcburiyyətində
deyil.  Əgər çox klassik və yaşlı görünmək istəmirsinizsə, bu uyğunluq
axtarışından əl çəkin.

Aksessuar
məsələsində artıq dizaynerlər modapərəstlərə müstəqillik verib.
Məsələn, klassik bəzək əşyaları ilə müasir aksessuarları birləşdirmək 
səhv deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!