Moda haqqında nələri bilirsiniz?

Moda haqqında nələri bilirsiniz?
Gözəllik sirləri
10.09.2017 14
Moda cəmiyyət həyatına dəyişiklik ehtiyacı və ya bəzənmək arzusu ilə
girən keçici yenilikdir. Moda ümumi bir anlayışdır. Günlük həyatın
çeşidli sahələrində bir müddət hakim olan zövq anlayışına deyilir.
İnsanların ümumiyyətlə istifadə etdiyi hər şeydə moda axınları olmuşdur.
Ancaq moda dünyada ən çox və ən geniş olaraq geyim mövzusunda görünür.
Xüsusilə qadınlara aid hər növ geyim əşyası və bəzək formalarının
mövsümlərə və illərə görə modası dəyişməkdədir.
Evdar xanımlara yardım edilməsi
baxımından yeni kəşf və modelləri jurnallarda moda adı ilə qeyd edirlər.
Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin
ayaqlarını kiçiltmək üçün əziyyətə qatlaşmaları, Babilli və Assuriyalı
kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə öz əsrlərinə görə
modanın əlamətləridir.

Krım ərazisində aparılan arxeoloji
qazıntılar zamanı eradan əvvəl üçüncü və beşinci yüzillərə aid rəngli,
xətli və fərqli naxışlardan parçaların tapılması hələ o zaman da modanın
var olduğunu ortaya qoyur. 14
və 15-ci yüzillərə qədər biçilərək tikilmiş geyimlərə çox az rast
gəlinirdi. Bu tarixlərdən sonra geyimlərdə işləmə tərzində şəxsi
işarələr özünü göstərməyə başladı. On beşinci yüzildən sonra dərzilik
sahəsində yeni inkişaf ortaya çıxdı.

19 və 20-ci yüzillərdə isə bu işlərlə məşğul olmaq xüsusi ixtisas sahəsi halına gələrək "Moda evi” adı altında ortaya çıxdı. Moda
xalqların keçmişinə aid adət-ənənə və sənət yönündə meydana
gətirdikləri yeniliklərin yanında zövqləri, namus və əxlaq anlayışları,
iqtisadi vəziyyətləri haqqında da gələcəyə məlumat verməkdədir.
İyirminci yüzilin yarılarından sonra moda bir çox mövzularda insanlara
önçülük edən, hətta onları istiqamətləndirib çeşidli davranışlara sövq
edən ən vacib faktorlardan oldu. Bu baxımdan geyim və ya bəzəkdə
görüldüyü kimi düşüncə sahəsində insanların davranışlarında bu kimi
axınlar təsirli olmağa başladı. Misal üçün gənclər arasında vaxtilə
yayılmış "Hippy” , "Pop” , "Punk” , "Heavy Metal” kimi adlarla bağlı
cərəyanlar da bunlardandır.

Moda həmçinin sosial və iqtisadi bir
şeydir. Iqtisadi dəyişikliklər, ailə çevrəsi, toplumun əxlaq anlayışı,
içində yaşadığımız təbiətin şərtləri, iqlimlər, mövsümlər, mənsubu
olduğumuz millətin mədəni dəyərləri, dinlər, adətlər, görülən işlər və
peşələr, yaş, cinsiyyət, zövqlər və bunlar kimi digər şeylər də moda
cərəyanlarına şərait yaradırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!