Toy makiyajında 4 ən böyük səhv

Toy makiyajında 4 ən böyük səhv
Gözəllik sirləri
10.09.2017 7
Mükəmməl bir gəlin olmaq istəyirsinizsə, 4 önəmli məqamı yaddan çıxarmayın. Unutmayın ki, ən gözəl siz olmalısınız!
Gəlin makiyajı xəta qəbul etmir. Çünki çəkdirdiyiniz şəkillər bir ömür boyu sizinlə olacaq və həmişə həmin günü xatırladacaq.



1.
Jurnal və televizorda gördüyünüz
makiyajları təkrarlamağa çalışmayın, çünki başqasının makiyajını eynilə
özünüzə kopyalamaq mümkün olmayacaq. Bunun əvəzində professional bir
vizajistdən tamamilə sizə uyğun, sizə yaraşacaq makiyaj məsləhətləri
alın və çalışın ki, öncədən bu makiyajın məşqini edəsiniz.

Makiyaj məşqində üz formanıza və sizə yaraşan makiyaj stili və makiyaj rəngləri ortaya çıxacaqdır. Məqsəd də elə budur.



2. "Waterproof" makiyaj şərtdir.

Makiyajınızın
bütün gün və gecə boyu üzünüzdə qalacağını unutmayın. Göz yaşına və
tərə qarşı dözümlü bir makiyaj etdirməlisiniz. Bunun üçün suya dözümlü
kometikanı seçin. Lazım olduqda təzələmək üçün əlinizin altında mütləq
pudra və dodaq boyanız olsun.

 

3. Dodaqlarınıza yapışqan teksturalı
parladıcılar vurmamağa çalışın. Ən yaxşısı mat və normal teksturalı
dodaq boyalarıdır. Belə dodaq boyalarının həm qalıcılığı daha uzundur,
həm də şəkillərdə çox gözəl görünürlər.



4. Sulu görünüşlü makiyajdan uzaq durmağa çalışın.

Gəlinlər
parlaq və işıltılı olmaq istəyirlər, ancaq parlaq makiyaj yağlı bir
görünüş verəcəkdir. Sadəcə almacıq sümüklərinizin üstünə yüngülcə
parıltı tətbiq edin. Adətən mat və pudralı makiyaja üstünlük verin.
Onsuz da rəqs edərkən və qonaqlarınızla maraqlanarkən yetərincə
tərləyəcəksiniz. Bir də parlaq makiyaja tərləyən dəri əlavə olunarsa,
görünüş heç də xoş olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!