Gəlin saç və makiyajı necə olmalıdır?

Gəlin saç və makiyajı necə olmalıdır?
Gözəllik sirləri
10.09.2017 9
Həyatınızın ən gözəl səhnəsinə çıxarkən saçınız və makiyajınız da
qüsursuz olmalıdır. İşin sirri isə təbiilikdədir. Bu xüsusi gündə vacib
olan sadə və təbii görünüşə sahib olmaqdır. Bir gəlinin ən böyük
gözəlliyi məsum və təbii görünməsindədir. Makiyaj edərkən dəri və saç
rənginizi mütləq nəzərə almalısınız. Ən çox edilən makiyaj xətaları isə
adətən tələskənlikdən qaynaqlanır. Bu səbəblə makiyaj zamanı sakit
olmağa çalışın. Çox açıq və ya çox tünd tonal krem istifadə etməyin.
Həmçinin, gəlinliyə yaraşacaq makiyaj xəfif və xüsusi olmalıdır.
Nigahdan iki saat öncəyə qədər makiyaj etməməlisiniz. Gün ərzində
makiyaj təzələmək çətin olacağı üçün qalıcı makiyaj vasitələri istifadə
edin. Çalışın ki, gəlin makiyajı seçimini son ana saxlamayasınız.



Fatamı yoxsa saçmı daha önəmlidir?

Gəlinin geyimindən ayaqqabısına,
əllərindən fatasına qədər geyindiyi və etdiyi şeylər həmişə ətrafdakılar
tərəfindən müşahidə edilir. Bu səbəblə fatanız uzun və çox gözəl olsa
belə, saçınıza da lazım olan qədər diqqət göstərməlisiniz.



Saç ustamı evə çağıra bilərəmmi?

Təbii ki, çağıra bilərsiniz. Bir çox
saç ustası evdə də işləyir. Ancaq bunu xeyli öncədən xəbər
verməlisiniz. Eyni zamanda qiymətdə də fərq olacağını nəzərə
almalısınız.



Ən çox edilən rəng xətası nədir?

Dəri rənginə uyğun gəlməyən saç
rəngi. Əgər əsmərsinizsə, çox açıq rəngli kölgə pis yaraşacaqdır.
Qaşınız da saçınızla təzad yaratmamalıdır.



Qısa saçla topuz edilirmi?

Topuz bir çox gəlinin sevdiyi saç modelidir. Saçın öz rənginə uyğun qoyulma saçla asanlıqla topuz yığıla bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!