Gözəl qadın

Gözəl qadın
Gözəllik sirləri
10.09.2017 22
Gözəllik… Çox gözəl  sözdür, amma hazırda "seksual” sözü qədər çox
işlənmir. Əslində "gözəl” sözü seksual olmayan qadınlara demək üçün
istifadə edilir. Qadınları təsvir etmək üçün yüzlərlə söz istifadə etmək
olar, amma "gözəl” qədər təsirlisi ola bilməz. Gözəl qadın bəlkə də ilk
görüşdə sizin diqqətinizi cəlb edən qadın deyil, çünki onun əsl
gözəlliyi zamanla ortaya çıxır və sizi ciddi mənada məst edir. Belə
qadınlar həqiqətən çox dəyərlidir və onlarla birlikdəsinizsə, özünüzü
şanslı hiss etməlisiniz.



Qadını "seksual” olmaqdan savayı, həm də gözəl edən 10 təməl xüsusiyyət:



1. Həyat eşqi, xarici görünüşdən daha çox diqqət cəlb edir

Yaşamaq eşqi ilə alışıb yanan, özünəməxsus həyat həvəsi olan qadından
daha gözəli yoxdur. Yaşamaqdan ləzzət alan, həyatı iliklərinə qədər hiss
edən qadınlar çox dəyərli və maraqlıdır. Bu tip qadınlarla yatağa
girməkdən çox, onlarla söhbət etmək və onları tanımaq istəyir kişilər.
Həyat eşqi yolxucudur, belə qadınlarla münasibət sizi də həyata daha sıx
bağlanmağa və mübarizə aparmağa həvəsləndirir.

2. Reallığı sizdən gizlətmir

Hər bir qadının bəzənmək haqqı var, bunun pis bir şey olduğunu heç kim
deyə bilməz. Fəqət gözəl bir qadın, öz təbii üzünü makiyajın arxasında
gizlətməyə ehtiyac duymur. Əgər qarşınızdakı qadın xarakterə sahibdirsə,
özünü başqalarına bəyəndirməkdən daha çox, özünü özünə bəyəndirmək və
özünə xoş görünmək üçün kosmetikadan istifadə edir. Bu qadınlar bilir
ki, sizə gözəl görünmək kimi bir borcu yoxdur, ürəkləri necə istəyərsə,
elə də edərlər.

3. Gözəl qadın diqqət cəlb etmək üçün əlavə güc sərf etmir

Gözəl qadın ətrafdakı insanların diqqətini cəlb etmək üçün
dəridən-qabıqdan çıxmağa ehtiyac görmür, çünki təbii olaraq zatən diqqət
çəkir. Belələrinin özünəinam hissi yüksəkdir və gözəllikləri də elə
bundadır. Özünəməxsus sirli havaları var. Danışmaqları, jest və
mimikaları da spesifikdir.

4. Necə danışmaq lazım olduğunu yaxşı bilir

Harda, nə cür və nə qədər danışmaq lazım olduğunu bilməyən qadından
pisi yoxdur. Fikrini gözəl ifadə etməyi bilən və sözləri ilə diqqəti
cəlb edən qadınlar intellektin seksual olduğunun sübutudur. Bəli,
intellektual qadın gözəldir və onlarla vaxt keçirmək xoşdur.

5. Kişiyə ehtiyacı olduğunu düşünmür

Kişiyə ehtiyacı olmayan qadın özünə güvənən qadındır və özünəinam gözəlliyin əsas şərtlərindən biridir.

6. Ürəyini sizə açsa da, sirli qalmağı bacarır

Sirli qadın deyəndə, axan sular dayanar. Digər insanlarla olan
münasibətlərini özündə saxlayan və yersiz şəkildə bu haqda danışmayan
qadın, ətrafdakı insanlar üçün sirli qalır. Bu da onu gözəlləşdirir.
Belə qadınla birlikdə olsanız, onun sürprizlərlə dolu olduğunu və hər
gün onu daha da çox sevdiyinizi görəcəksiniz.

7. Gözəl qadın eqoist deyil və sizə qayğı göstərir

Bir qadının eqoist olmamağından daha gözəl bir şey varmı? Gözəllik,
ətrafındakı digər insanlara da, digər canlılara da əhəmiyyət verən
qadınlarda mövcud ola biləcək xüsusiyyətdir.

8. Yeniliyə açıqdır

Gözəl qadın özünü məhdudlaşdırmaz. Yeni fikirlərə, yeni məkanlara və
yeni insanlara açıq olar. Kompleksə girib yeniliklərdən çəkinməz.

9. Təmiz ürəyi var

Hər kəsin qabağına mütləq daxilən pis olan qadınlar çıxıb. Amma əsl
gözəl qadının ürəyi təmiz olur. Həqiqətən gözəl olan qadın qəşəng
düzəldilmiş saçlarından və ya geydiyi qəşəng paltarlarından savayı
təmizliyi ilə fərqlənən ruhuyla gözə çarpır.

10. Gözəl qadında ifadəsi mümkün olmayan nəsə var

Gözəl qadında izahı mümkün olmayan bir şey var. Əgər kimsə səndən
soruşsa ki, onu niyə bu qədər gözəl hesab edirsən? Bu suala cavab verə
bilməzsən. Başqa heç kim görmədiyiniz, yalnız ona xas olan və sizi məst
edən o "şey” əslində bu qadını gözəlləşdirən şeydir. O sirli şeyin nə
olduğunu heç vaxt bilməyəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!