Sizə ən çox yaraşan yubka modeli hansıdır?

Sizə ən çox yaraşan yubka modeli hansıdır?
Gözəllik sirləri
10.09.2017 30
Qadınlar
yubka seçərkən bədən proposiyalarından başqa, həyat tərzini də nəzərə
almalıdır. Xarakterini və həyat tərzini geyimlərinə köçürməyi
bacarmalıdır. Bəs sizin üçün ən uyğun yubka modeli hansıdır?

 

Ofisdə
işləyənlər - Masa başında çalışan xanımlar üstünlüyü klassik yubka
modellərinə verməlidir. Çox hərəkət etmədikləri üçün parlaq və təbii
parçalardan tikilən yubkalar geyinə bilərlər.

 

Hərəkət
edənlər - Daima hərəkət edən xanımlar həm rahat, həm də eleqant yubka
seçməyə çətinlik çəkirlər. Lakin bu ilin yubka modelləri onların
tərəfindədir. Kloş, qırçınlı və valonları olan yubkalar  həm rahat, həm
də çox eleqnatdır.

 

İncə
belli xanımlar - İncə belli olmaq sübhəsiz ki, bütün xanımların
arzusudur. Ancaq qadınların beli olduqca incə olsa da, bəzilərinin
ombalar iri olur. Bu tip bədən quruluşuna sahib olan qadınlara dar
yubkalar heç yaraşmır. Bu cür bədən quruluşuna sahib olan qadınlara
modelyerlər balon yubkalar geyinməyi tövsiyə edir.

 

Qısa
boylu xanımlar - Artıq çəkili və qısa boylu qadınlara qısa yubkalar
geyinmək tövsiyə olunur. Yubkanın uzunluğu ən çox dizə qədər olmalıdır.
Çünki yubka nə qədər uzun olsa, boyları bir o qədər qısalır.

 

Arıq
qısa boylu xanımlara da qısa yubkalar yaraşır. Lakin onların başqa
alternativləri daha çoxdur. Daha kök görünmək qorxusu olmadığı üçün
üzərində əlavələri olan, işləməli yubkalar daşıya bilərlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!