Hansı korrektor dəri qüsurunu gizlədir?

Hansı korrektor dəri qüsurunu gizlədir?
Gözəllik sirləri
10.09.2017 34
Təəssüf
ki, heç də bütün qadınlar ideal dəri rəngi ilə öyünə bilmirlər.
Gözlərin altındakı qara halqalar, piqment ləkələri, xırda çapıqlar,
sızanaqlar, qara nöqtələr ideal və yumşaq dərinin əsas düşmənləridir.
Amma buna baxmayaraq, müxtəlif kosmetik korrektorların köməyi ilə onları
ört-basdır etməyə öyrənmişik.

 

Müasir
vizajistlər qüsurları gizlətmək üçün iki növ kosmetik məhsul: korrektor
və ya konsiler təklif edirlər. Prinsipcə, onların hər ikisi üzdə olan
nöqsanları örtmək funksiyasını yerinə yetirir, dərini daha hamar və
təmiz göstərir. Fərq yalnız ondadır ki, konsiler, əsasən, qəhvəyi
rənglərdə buraxılır və heç də həmişə dərinin böyük qüsurlarını gizlədə
bilmir. Bu baxımdan korrektorların rəng çeşidi daha genişdir. Xüsusilə
də, korrektor civzələri, gözlərin altındakı qara halqanı, piqment və ya
qızartını örtmək üçün yaxşıdır.

  

Yaşıl:

Açıq-yaşıl
korrektorlar dəridəki qırmızılığı örtmək üçündür. Xüsusən, burun və
dodaqların kənarındakı qırmızı sızanaq izlərini vizual olaraq gizlədir.  

 

Çəhrayı:

Açıq-çəhrayı
və ya yasəmən rəngli korrektorlar üz dərisini təravətləndirmək üçün
istifadə edilir. Onlar solğun dərini daha canlı göstərir. Bundan başqa,
üzdəki çilləri və damarları gizlətmək üçün də çəhrayı korrektor ideal
seçimdir.

 

Sarı:

Üzünüzdə
gizlədilməli heç bir qüsur yoxdur, amma yorğun və solğun
görünürsünüzsə, sarı tonları ilə dəri rəngini yumşalda bilərsiniz. Bunun
üçün burun sümüyünə, almacıq sümüklərinin yuxarı hissəsinə korrektor
çəkmək kifayətdir.

 

Narıncı:

Narıncı
korrektor tünd rəngləri neytrallaşdırmaq üçün ən effektli vasitədir.
Tünd ləkələri, gözaltı halqaları gizlətmək üçün narıncı korrektordan
istifadə edin.

 

Qeyd: Korrektorun dəriyə yaxşı hopması üçün ondan əvvəl nəmləndirici çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!