Gözəlləşmək istəyənlər üçün yeni üsul

Gözəlləşmək istəyənlər üçün yeni üsul
Gözəllik sirləri
10.09.2017 8
Ekspertlər
indi də gözətrafı qara halqaları permanent üsulu ilə aradan
qaldırmağı təklif edirlər. Onların fikrincə, bu kosmetik müdaxilə ilə
ustalar əsl möcüzələr yaradacaq.

 

bu
effekti yaratmaq məqsədilə hazırlanan maddələr xüsusi aparatla dərinin
altına yeridilir. Həmin aparat korrektor fırçasına bənzəyir. Ancaq
fırçanın tükləri əvəzinə içərisində boya olan iynələr yerləşdirilir.
İynələr göz ətrafı dəriyə bir neçə qat yeridilir. Lakin bu kosmetik
müdaxiləni yerinə yetirən mütləq həm həkim-dermatoloq, həm də rəssam
olmalıdır ki, düzgün rəng piqmenti seçə bilsin. Başqa sözlə, bu
proseduranı gerçəkləşdirən peşəkar vizajist olmalıdır.

 

Korrektorun
rəngi təbii dəri və gözətrafı qara halqaların rəngindən asılı olaraq
hazırlanır. Göz ətrafı üçün, adətən, açıq korrektorlardan istifadə
olunur. Nəticə o qədər təbii görünür ki, hətta göz ətrafı ilə dəri rəngi
bir-birindən qətiyyən fərqlənmir.

 

Proseduraya
başlamazdan əvvəl usta həmin sahəyə xüsusi keyləşdirici maz çəkir.
Ağrını hiss etməmək üçün göz ətrafında minimum 20 dəqiqə
saxlanılmalıdır. Kosmetik tatuajın təbii alınması üçün hər prosedur 3
qat tətbiq edilməlidir. Hər dəfə keyləşdirici maz çəkilməlidir. Çünki
istənilən prosedur kimi bu üsul da arabir xoşagəlməz sancılar, hisslər
yarada bilər.

 

Diqqət edin!

 

Hər
hansı digər permanent makiyajı kimi bu proseduranı da yerinə yetirərkən
 günəş şüalarından qorunmalısınız. Proseduraların sayı gözlərin
altındakı qara dairələrin tündlüyündən asılı olaraq, 3 dəfəyə qədər
artırıla bilər. Korreksiya isə, adətən, proseduradan bir ay sonra, dəri
bərpa olanda həyata keçirilir.

 

Nəticədə
hər gün gözlərinizin altına korrektor çəkmək əziyyətindən xilas
olacaqsınız. Üzünüz daha təmiz, baxışlarınız isə daha dərin olacaq.

 

Reabilitasiya
dövrü: Göz ətrafındakı dəri çox zərif olduğu üçün ilk 12 saatda
gözlərin altında şiş və göyərmə ola bilər. Lakin ona hər hansı krem və
məlhəm çəkmək qətiyyən doğru deyil. Hər proseduranın arasında azı beş
gün fərq olmalıdır. Dərinin tam bərpası üçün yarım ay lazımdır.
Ümumiyyətlə, 3-4 həftə ərzində günəşin ultrabənövşəyi şüalarından
qaçmaq, həmçinin sauna kimi sizi tərlədən proseduralardan uzaq
durmalısınız. Çünki bu amillər nəticəyə birbaşa təsir edir. Nəticənin
uzun müddət qalması üçün isti ölkələrə gedərkən mütləq eynək taxınскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!