Gözəl görünmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

Gözəl görünmək istəyənlər, bu xəbəri mütləq oxuyun!
Gözəllik sirləri
10.09.2017 19
Gözəl qoxumaq istəyib deodoranta allergiyası olanlar, selülitdən şikayət edənlər, gənc yaşda gözkənarları qırışanlar bu xəbəri mütləq oxusun.

 

* Selülit və qırışlara Son

Özümüzə
qulluq etməliyik. Bunu yalnız özümüz üçün deyil, ətrafımızdakı insanlar
üçün də etməliyik. Həyat kefiyyətimizi yaxşılaşdırmaq üçün ediləcəklər
çox şeylər var. Özümüzü sevməliyik. Əgər bunu bacara bilsək, sevmə
sənətini bacarmışıq deməkdir. Məhz o zaman, həm başqalarını sevə həm də
onlara faydalı ola bilərik. Başqalarının qəlbinə yalnız öz ürəyimizi
açdığımızda nail ola bilərik.



* Bir çox deodorant sınadım. Ancaq hər dəfə allergiya oldum. Gözəl ətirli olmaq üçün nə etməliyəm?

2 damla lavanta yağı

2 damla qərənfil yağı

2 damla jasmin yağı

10 ml. badam yağı 

1 ç/q pudra

 

Hamısını birlikdə qarışdırıb hər gün təmiz dərinizə sürün.



*Çox gənc yaşdasınız, amma göz kənarınız çox qırışıb? ...

Göz
kənarlarınıza üzüm çəyirdəyi yağı ilə masaj edin. Həftədə üç gün bir
çay qaşığı yaş maya və südü qarışdırıb göz kənarlarınıza sürtün. 20
dəqiqə gözləyin, sonra ilıq su ilə yuyub, soyuq su ilə durulayın.



* Dəriniz çox kobud və qurudur? ...

5 qr. ağ mum

5 qr. lanolin

15 qr. şirin badam yağı

2 qr. buğda özü yağı

50 qr. gül suyu 

5 damla gül yağı

 

Hamısını qarışdırıb su hamamında isidin. Qarışığı şüşə bir qaba yığıb soyuducunda saxlayın. Hər gün dərinizə sürtün.



* Saçlarınız çox cansızdır?

50 qr. adaçayı

50 qr. quru lavanta

  50 qr. kəklikotu

 

Hamısını birlikdə bir litr suda dəmləyib süzün. Bu qarışıqla gündə iki dəfə saç diblərinizə masaj edin.



* Saçlarınız çox qurudur?

Bir yumurta sarısı

Bir ç/q. alma sirkəsi

Bir ç/q. bal

Bir ç/q. zeytun yağı

 

Hamısını
birlikdə qarışdırıb saçlarınıza sürtün bir saat gözlədin. Saç tipinizə
uyğun şampunla yuyun. Bu qarışığı həftədə iki-üç gün tətbiq edə
bilərsiniz.



*Selülitiniz həddən artıq çoxdur? ...

Təzə
dəfnə və bibəriyəni şüşə qaba qoyun. Üzərinə çıxacaq qədər küncüt yağı
və iki şorba qaşığı soya yağını qarışdırın. İki həftə günəşdə gözlədin.
Sonra qarışığı süzüb içinə 4 limonun suyunu qatın. Bədəninizə masajla
tətbiq edin. Bu qarışıq qan dövranını sürətləndirir. Xüsusilə nizamlı
idman etməyə laqeyd yanaşmayın. Təzə meyvə və tərəvəz istehlak edin. Hər
gün mütləq bir dilim ananas mütləq yeməlisiniz. Çünki ananas maddələr
mübadiləsini sürətləndirir və yağları yandırır.



Saçlarının tez uzanmasını istəyənlər, üzündəki civzə və sızanaqlardan şikayətçi olanlar bu xəbəri oxusun!



* Saçların daha tez uzanması üçün nə edə bilərsiniz?!

Saçlarınızın
uzanması üçün balanslı qidalanma çox əhəmiyyətlidir. Yarım yetişmiş
avokado, 2 ədəd bildirçin yumurtası, 2 x/q. küncüt yağını qarışdırıb
boya sürtürmüş kimi bütün saçınıza tətbiq edin. Sonra saçlarınızı isti
bir dəsmalla bağlayıb 2 saat gözlədin, saç tipinizə uyğun bir şampunla
yuyun.



* Üzünüzdə az qala mərcimək böyüklüyündə civzələr var?

Bərabər miqdarda 1 ç/q. yulaf unu, isladılmış gil, krem və suyu qarışdırıb dərinizə sürün. Qarışığıüzünüzdə 5 dəqiqə gözlədib ovaraq çıxarın.

 

Təmiz dəriyə 1 x/q. maya

1 ədəd döyülmüş aspirin

 1 ç/q. oksigenli su qarışdırın

4 gün üst üstə sızanaqlarınıza sürtün.



* Dodaqlarıtız tez-tez çatlayır?

Əvvəlcə
bir dermatolaqa getməyinizi məsləhət görərdik. Çoxlu kök, portağal və
limon qəbul etməniz lazımdır. Xüsusilə dodaqlarınıza dəmlənmiş adaçayı
kompresi tətbiq edib, bal sürtün.



* Dabanlarınız çox kobuddur və çatlayır?

Bir vannaya isti su doldurun içinə bir
şorba qaşığı qliserin və bir şorba qaşığı dəniz duzu qarışdırın.
Ayaqlarınızı suda 20 dəqiqə gözlədib qurulayın. Bir qəhvə fincanı
vazelin və 10 ədəd döyülmüş aspirini qarışdırıb ayaqlarınıza masajla
yedirdin... Ayağınnızı nəmli tənzif üzərinə qoyub bir saat gözləyin. Bu
əməliyyatı həftədə bir gün təkrarlamağa diqqət edin.



* Əlləriniz çox quruyur?

100
q/r. limon suyu, bərabər miqdarda badam yağı, küncüt yağı, qliserin və
bir x/q. talk pudrasını qarışdırıb əllərinizə sürtün. Qarşığı ağzı bağlı
şüşə qabda, soyuducuda saxlayın..



* Dəriniz çox quru və həssasdır?

Üz
xəttləriniz çoxalıb. Eyni zamanda ləkə və kapilyar damarlarınız da var?
Dərinizin quruluğu həyat tərzi və qidalanma adətləri kimi səbəblərlə də
bağlı ola bilər. Siqaret, spirt və yuxusuzluq kimi faktorlar dərinin
qurumasını və qırış meydana gəlməsini sürətləndirər. Hər gün bir x/q.
arpa dənəsini bir çay stəkanı suda qaynadın. Su yarıya endiyində ocaqdan
götürün. Soyudub süzdükdən sonra su ilə göz kənarlarına kompres tətbiq
edin. Süd və badam yağını bərabər miqdarda qarışdırıb dərinizi bununla
silin.

 

Kapilyar damarlar üçün at şabalıdı losyonu istifadə edin. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!