Mükəmməl dəriyə qovuşduran 3 bal maskası

Mükəmməl dəriyə qovuşduran 3 bal maskası
Gözəllik sirləri
10.09.2017 11
Dəri üçün ən
faydalı qidalardan biri baldır. Ancaq balı, sadəcə yeməklə
kifayətlənməyin. Çünki balla hazırlanan gözəllik maskaları dəri üçün əsl
möcüzə effekti verir. 



Mütəxəssislər tərkibində bal olan maskaların faydalarını belə sıralayırlar:

-Təbii bal kimyəvi maddələr ehtiva etmədiyi üçün dərini təmizləyir, qidalandırır. Həmçinin, dərinin nəm balansını qoruyur.

-Mineral, zülal və vitaminlərlə zəngin olduğu üçün dəri hüceyrələrini yeniləyir.

-Həm təbii antibiotikdir, həm də antioksidantlarla zəngindir. Məhz bu xüsusiyyəti ilə də sızanaqların qarşısını alır.

-Dərinin rəngini açır

-Pilinq effekti verir. Yəni, dərini ölü hüceyrələrdən təmizləyir.

-Dəri ləkələrini yox edir.

-Qızartıları azaldır.

-Dərini möhkəmləndirir, elastikliyini artırır.

-Qırışları açır.

-Dərini yaşlanmağa qoymur.

Ballı darçın maskası

Bu maska dərini toksinlərdən
təmizləyir, sızanaqları azaldır, qızartıları aradan qaldırır, ləkələri
yox edir və dərini nəmləndirir.

1 çay qaşığı darçınla 1 çay qaşığı balı qarışdırıb məcun halına
gətirin. Üzünüzə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə
təmizləyin. Üzünüzü quruladıqdan sonra tonik və nəmləndirici krem çəkin.

Bu maskanın bəzi dərilərdə allergiyaya səbəb olma ehtimalını nəzərə
alaraq əvvəlcə çənənizə və ya alnınıza az miqdarda çəkib allergiya
testi edin.

Ballı qatıq maskası

Bu maska dərini nəmləndirməyi vəd edir.

1 çay qaşığı qatıqla 1 çay qaşığı balı qarışdırıb fırça ilə üzünüzə
çəkin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun.

Ballı limon maskası

Bu maska məsamələri təmizləyir və qırışları açır.

1 çay qaşığı balla eyni miqdarda limon şirəsini qarışdırın. Üzünüzə
çəkin. Masaj edərək dərinin maskanı əmməsini təmin edin. Daha sonra
üzünüzü soyuq su ilə yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!