Uzunboğaz çəkmələrlə cazibədar görünməyin yolları

Uzunboğaz çəkmələrlə cazibədar görünməyin yolları
Gözəllik sirləri
10.09.2017 10
İki
ildir ki, aktuallığını qoruyan "thigh-high boots”, yəni uzunboğaz
çəkmələr bu il də dəbli xanımların əsas seçimləri arasında olacaq.
Uzunboğaz çəkmələri doğru kombinə etmək çox önəmlidir.

 

Keyfiyyətə üstünlük verin!

Əvvəlcədən
qeyd edək ki, uzunboğaz çəkmələr xeyli bahalı olduğu üçün uzun illər
istifadə edə biləcəyiniz, keyfiyyətli modelə üstünlük verin. Belə
çəkmələr boyunuzu onsuz da uzun göstərəcək. Odur ki, dabansız, düz
modellər seçin. Əks halda, bədəninizin aşağı hissəsi həddən artıq uzun,
yuxarı hissəsi isə qısa görünə bilər.

 

Ətək və ya don geyinin!

Uzunboğaz çəkmələr ən çox ətək və donlarla yaraşır. Çəkmənin boğazı ətəkdən (və ya dondan) bir-iki santimetr aşağıda durmalıdır.

 

Ofisdə şıq görün!

Uzunboğaz
çəkmələri ofis stilinə də uyğunlaşdırmaq olar. Bunun üçün midi
ətəklərdən faydalana bilərsiniz. Bu zaman çəkməniz həm də kolqotka əvəzi
olacaq. Ayaqlarınız qısadırsa, çəkmənizlə ətəyiniz eyni rəngdə
olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!