Gözəlliyin yeni şərti: belinizin ölçüsünə uyğun geyinin!

Gözəlliyin yeni şərti: belinizin ölçüsünə uyğun geyinin!
Gözəllik sirləri
10.09.2017 10
Dəb mütəxəssisləri şıq görünmək istəyən xanımlara belinin ölçüsünü nəzərə almağı məsləhət görürlər.

 

Bunun
üçün ilk növbədə qoltuğunuzun altı ilə beliniz arasındakı məsafəni
ölçün. Sonra isə omba ilə bel arasındakı məsafəni müəyyənləşdirin.
Belinizlə qoltuğunuza qədər ölçü daha qısadırsa, deməli, qısa belli,
əksinə, belinizdən ombanıza qədərki məsafə qısadırsa, deməli, uzun
bellisiniz.

 

İndi isə hansı geyimlərin  bel ölçünüzə uyğun olduğunu müəyyənləşdirək.

 

Qısa belli qadınlar üçün qaydalar

Üzərində
paralel xətlər olan geyimlərə üstünlük verin. Kofta və köynəklərdə bu
xətlər ensiz olmalıdır. Bədənə tam oturmayan, bol kəsimli koftalar
geyinin. Kəmərdən istifadə etməyin. Kəmərdən istifadə etməli olduğunuz
hallarda geyim ilə eyni rəngdə olan ensiz kəmər taxın.

 

Uzun belli qadınlar üçün qaydalar

Belə
qadınlarda ayaqlar, olduğundan daha qısa görünür. Odur ki, beldən
qabarıq libaslar seçin. Bədənə yapışan, beli vurğulayan köynəklər
geyinin. Hündürbel şalvarlara üstünlük verin. Həddən artıq dar şalvar
geyinməyin.

Qısa pencəklər sizə yaraşacaq. Stilinizi hündürdaban ayaqqabılarla tamamlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!