Orijinal ətirlər necə ayırd edilir?

Orijinal ətirlər necə ayırd edilir?
Gözəllik sirləri
10.09.2017 77
Sağlamlığınızı riskə atan, keyfiyyətsiz kimyəvi maddələrdən istehsal
edilmiş saxta ətir ilə orijinal ətirləri ayırd etmək çox da çətin deyil.
Bəs orijinal ətir digərlərindən necə ayırd edilir?




İlk mərhələdə məhsulun
qablaşdırmasını yoxlamalısınız. Rəngi orijinalından daha mat,
qablaşdırılması xətalı olan məhsullar saxta ətirlərin əlamətidir.
Paketin üzərindəki yazılarda və emblemdə xətalar da ola bilər.

Holoqram etiketi də məhsulun
orijinallığının əlamətidir. Qablaşdırmada bir fərqlilik yoxdursa, ancaq
siz hələ də məhsulun saxta olmasından şübhələnirsinizsə, şüşəyə diqqət
edə bilərsiniz.

Ətirin orijinal olduğunun necə
aydınlaşdırılacağı sualına dəqiq bir cavab ala bilmədinizsə, onda ətirin
"spray” hissəsindəki xətalara diqqət edin. Nəzərə alın ki, şüşənin
içərisindəki kiçik borucuq şəffaf rəngdə olmalıdır.

Ətirin mayesinin rəngi də saxta məhsulu müəyyən etməyə kömək edə bilər. Ağ
bir salfetə ətir sıxaraq test etdiyiniz zaman salfetdə ləkə qalırsa, bu
məhsulun saxta olma ehtimalı yüksəkdir. Saxta olan məhsulların qoxusu
bir müddət sonra dəyişir və xoşagəlməz hal alır.

Saxta ətirlərlə orijinal ətirlər
arasındakı ən önəmli fərq isə notlarıdır. İlk vurulduğu andan bir saat
sonra da eyni qoxu gəlirsə, bu o ətirdə problem olduğu anlamına gəlir.
Çünki orijinal ətirlər fərqli notlar daşıdığından ilk duyulan ətirlə bir
saat sonrakı ətir eyni ola bilməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!