Göz ətrafındakı qırışların qarşısının alınmasının 4 üsulu

Göz ətrafındakı qırışların qarşısının alınmasının 4 üsulu
Gözəllik sirləri
10.09.2017 16
Göz ətrafındakı qırışlar qadınları ən çox narahat edən dəri
problemlərindən biridir. Bunun qarşısının alınması üçün nələr edə
biləcəyinizi sizə təqdim edirik.

 

1. Göz altınıza həssas davranın.

Makiyajınızı təmizləyərkən və ya krem vurarkən göz altlarınıza nişan
barmağınızla yüngül toxunuşlar etməlisiniz. Makiyajınızı göz altınızı
zədələyərək, dartaraq və sərt şəkildə təmizləsəniz, göz altı
qırışlarının yaranmasına şərait yaratmış olarsınız.

 

2. Göz altı kremlərindən istifadə edin.

Xüsusilə 30 yaşından sonra göz altınızı nəmləndirmək üçün kremlərdən
istifadə edin. Cild baxımınız qədər göz altı baxımınıza da davamlı
olaraq diqqət göstərin.

 

3. Yorğun və stressli olmamağa çalışın.

Təkcə göz altlarınız üçün deyil, bütün dəri və bədən sağlamlığınız
üçün stressin mənfi təsirləri var. Buna görə də stressdən uzaq olmağa
çalışın. Mümkün olduğu qədər çox və nizamlı şəkildə yatın. Çünki, göz
altındakı qırışlara səbəb olan şeylərdən biri də yuxusuzluq və
yorğunluqdur.

 

4. Təbii maskalar tətbiq edin.

Göz altı qırışlarını gecikdirmək və ilk qırışları azaldıb, daha da
dərinləşməsinin qarşısını almaq üçün xiyar və çiyələklə olduqca təsirli
təbii maskalar hazırlaya bilərsiniz. Bunun üçün bir dilim xiyar
və bir dilim çiyələyi əzin və bir çay qaşığı hindistan qozu yağını
əlavə edin. Bu maskanı nişan barmağınızla göz altlarınıza incə bir
şəkildə sürtün və yarım saat sonra təmizləyin. Daha sonra isə göz altı
nəmləndiricinizi vurun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!