Sağlam və gözəl görkəmli olması üçün ayaqlara necə qulluq etməli

Sağlam və gözəl görkəmli olması üçün ayaqlara necə qulluq etməli
Gözəllik sirləri
10.09.2017 9
Ayaqların sağlam və gözəl görkəmli olması üçün onlara müvafiq qulluq
lazımdır. Əlbəttə, ayaqlarda hiss olunan xoşagəlməz hallar anadangəlmə
meylliliklə əlaqədar ola bilər. Lakin əksər hallarda o, iş şəraitindən
və işin xarakterindən daha çox asılı olur. Ayaqlara qulluq edərkən onun
hər gün yuyulmasına xüsusi fikir vermək lazımdır. Bu, dərini təmizləyir,
ayaqların tərləməsinin və göbələk xəstəliyinin əmələ gəlməsinin
qarşısını alır. Ayaqlara ilıq vanna edərkən "xörək duzu" da əlavə edilə
bilər. Bu, qan dövranının yaxşılaşması və ayaqların istirahət etməsinə
kömək edir. Ayaqları yağlı sabunlarla yumaq lazımdır. Ayaqlar tərlədikdə
isə tərkibində "formalin" olan sabunla yumaq məsləhət görülür. Ayaqlara
qulluq etməyin ən yaxşı forması dərman bitkilərindən düzəldilmiş vannalardan istifadə olunmasıdır.

 

Ot vannaları: Ayaq vannaları təyin olunmuş ümumi qaydada hazırlanır. Qurudularaq toz
halına salınmış 100 q. yarpaq, ot, qabıq, kök və kökümsov qarışığını 1
litr isti suya töküb, zəif od üzərində 15 dəqiqə qaynadın. 45 dəqiqə
sakit halda saxladıqdan sonra süzgəcdən süzüb, üzərinə 3-4 litr 35-40
dərəcədə isti su əlavə edin, sonra tasa töküb ayaqlarınızı cövhərin
içərisinə salın, ən azı 30 dəqidə vanna qəbul olunsun.



Tər əleyhinə vannalar;
Süpürgə kolu bitkisinin gövdə, yarpaq və çiçək hissələrini qaynar suya
töküb cövhərini hazırlayın və ayaqlarınızı bununla vanna edin. Nar qabığından hazırlanmış cövhərlə ayağı vanna etmək ayaq tərləməsinin qarşısını alır. Ərik
dənəsini əzib, suya əlavə edin, sıyıq əmələ gələnə qədər qarışdırın.
Sonra sıyıqdan götürüb ayaqların pəncələrinə yaxıb 15-20 dəqiqə
saxladıqdan sonra yuyub, təmizləyin. Sonra dəsmalla qurulayın və pambuq
corab geyinin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!