Gözətrafı dəri üçün effektli olan 8 krem

Gözətrafı dəri üçün effektli olan 8 krem
Gözəllik sirləri
10.09.2017 13
Gözlər qəlbin aynasıdır və bu səbəbdən gözətrafı dəri üçün xüsusi qayğı
göstərmək lazımdır. Bir neçə premium marka istehsalçıları bu sahədə
şöhrət gətirəcək nəticələrə nail olublar: bəzi gözətrafı dəri kremləri
həqiqətən də möcüzələr yaradır. Hansılar? Bizim buna olan yanaşmamızı
oxuyun və öyrənin.



La Prairie Skin Caviar Luxe Eye Lift Cream

Bütün mümkün krem vasitələrindən ən
dəbdəbəlisi - "La Prairie”-dən kürü ekstraktlı "Skin Caviar Luxe Eye
Lift Cream” gözətrafı dəri kremidir. İsveçrə markası ən yüksək
standardlı qulluq barəsində peşəkardır. Möcüzəvi vasitənin
tərkibinə məşhur kürü ekstraktı və dəyərli qida maddələri kokteyli
(qarabaşaq mumu, kollagen, buğda zülalları, yosun ekstraktları)
daxildir. İstifadədən sonra həmin dəqiqə şahidi olacağınız nəticə:
elastik, nəmli, enerjiyə yoluxmuş, qırışıqsız, şişkinliksiz, quruluqdan
kiçik bir işarə belə qalmayan dəri. Yalnız gənclik, parlaqlıq və
mükəmməl hamarlılıq.



CHANEL LE LIFT CONCENTRATE

Klassik janr əsəri - gözətrafı dəri
üçün krem "Chanel Le Lift Concentrate”. Bu antiyaşlanma qulluğu
dərinizin tarixi ilə uyğunlaşır və ona ən çox ehtiyacı olan effekti
verir: möhkəmlik, qırışların
düzəldilməsi, şişkinliklərin və ya tünd dairələrin aradan qaldırılması.
Əsas formulu, digər "Le Lift” məhsullarında olduğu kimi, eksklüziv
aktiv tərkibdir, hansı ki, gen səviyyəsində işləyir və dərinin
elastikliyini artırır.



CLÉ DE PEAU BEAUTÉ

İntensiv hərəkət kremi - "Clé de
Peau Beauté” platinum aplikatoru ilə yalnız gözətrafı həssas dəri üçün
qayğı göstərmir, bu krem o şəxslərdən ötrü yaradılmışdır ki, dəriyə
qulluğu nəfis rituala çevirir. Dəbdəbəli
krem proseslərə zövq qatacaq, fəaliyyət üsulu, ortaya çıxardığı nəticə
isə şübhə ilə yanaşanları da təəccübləndirəcək. Unikal kompleks nəm
səviyyəsini stabilləşdirir və gözətrafı dərini işıqla doldurur. Qabaqcıl
texnologiyalar hüceyrə səviyyəsində işləyirlər və dərini gənc və
elastik edən həmin "parlayan hüceyrələri” təşkil edirlər.



SISLEY SUPREMŸA YEUX LANUIT

Kompleks gecə krem-serumu -
antiyaşlanma effektli "Sisley Supremÿa Yeux LaNuit” 2013-cü ilin Avqust
ayında çıxdı və dərhal hit oldu. "Supremÿa” - "Sisley”-in
"chronobiology” və genetika sahəsində bütün son bilikləri özündə
cəmləyən kompleks kremidir. Onun unikal tərkibi genetik
proqramlaşdırılmış dəri yaşlanmasını gecikdirməyə imkan yaradır. Buna
görə də onun müntəzəm istifadəsi yalnız dərini gəncləşdirmir, sözün əsl mənasında çevirir, yeniləyir.



SWISS LINE CELL SHOCK

Dəbdəbəli serum "Swiss Line Cell
Shock” - xüsusi məhsuldur. İstifadə təsirini inyeksiya doldurucuları ilə
müqayisə edəcəyik. İstifadə edən kimi möcüzə baş verəcək - dəri dərhal
dartılır, qırışlar doldurulur, tünd dairələr gedir. Bu serumun
istifadəsi, həmçinin, istənilən gözətrafı dəri kreminin antiyaşlanma təsirini artırır.



GUERLAIN ABEILLE ROYALE GOLD EYETECH

Guerlain Abeille Royale Gold Eyetech
- bu, sadəcə qulluqdan daha artığıdır. Ən təbii halıyla əzəmət. Bu
serum yüngül və təravətli toxumaya malikdir. Dərhal sorulur və ilk
istifadədə dəriyə gənclik bəxş edir. Bütün bunlara səbəb əsası qara bal
arısının balı olan məşhur formuldur. Həmçinin, tərkibə dərini gənc, zərif və məxmər edən şəkər və bitki ekstraktları kompleksi də daxildir.



Estée Lauder Re-Nutriv Ultimate Diamond Transformative Energy Eye Creme

"Re-Nutriv”-in gözətrafı dəri üçün
seriyasından olan yeni kremi "Estée Lauder ” - bahalı ekstrakt olan qara
trüfel və innovativ texnologiyaların birləşməsidir. "Re-Nutriv Ultimate
Diamond Transformative Energy Eye Creme”-in dəyişdirmə, yeniləşdirmə,
transformasiya fəaliyyəti ilk tətbiqindən başlayır: çəkisiz
krem gözətrafı dərini dərindən qidalandırır, gücləndirir, aydınlaşdırır
və formaya salır. Bu vasitə sözün tam mənasıyla dərini parlamağa məcbur
edir, onu daha sıxlaşdırır və dərhal yorğunluğun əlamətlərini silir.



SHISEIDO SUPER CORRECTIVE EYE CREAM

"Shiseido”-dan gözətrafı üçün krem
"Super Corrective Eye Cream” - dərini dartır, gözətrafını bərpa edir,
qırışları və tünd dairələri təmizləyir. Krem sehirli, güclü antiyaşlanma
effektilə dəriyə enerji və gəncliyini geri qaytarır. Bu vasitənin
fəaliyyəti "Hialuron turşusu”-nun istehsalını artırır və onu dəridə
tutur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!