Hündür boylu görünmək heç də çətin deyil!

Hündür boylu görünmək heç də çətin deyil!
Gözəllik sirləri
10.09.2017 27
Əslində daha incə və uzun görünmək geyindiyiniz geyimlərdən aslıdır.
Ayaqqabı rəngindən şalvar modelinə qədər seçdiyiniz geyimlər
görünüşünüzdə mühüm rol oynayır. Bir neçə incə detallara fikir verərək
olduğunuzdan daha uzun və daha incə görünə bilərsiniz.

 

1. Uzun belli şalvarlar geyinin

Uzun bel dəbi ən çox qısa boylu qadınlar üçün nəzərdə tutulub. Aşağı
bel dəbini artıq arxada qoyduq. Qısa boylu qadınlar ilin trendindən aslı
olmamalıdırlar. Uzun belli ətəklər və şalvarlar geyinmələri tövsiyə
olunur.



2. Qısa ətəklər

Bilirsiniz ki, qısa ətək dəbi artıq keçib. Ancaq hər dəbin sizə
yaraşıb-yaraşmadığına fikir vermədən, ilin dəbi olduğu üçün geyinmək
sizi stil sahibi kimi göstərmir. Dəbdən aslı olmayaraq bədəninizə uyğun
olan geyimləri geyinmək sizi daha stil sahibi bir qadın olaraq
göstərəcək.



3. Uzun libaslar geyinin

Qısa boylu qadınlara uzun libaslar yaraşmaz düşüncəsinə qapılmayın.
Platformalı ayaqqabılar ilə geyinilən uzun libaslar, qısa boylu
qadınları zərif və incə göstərəcək. Bu geyimdə fikir verməli olduğunuz
tək bir nüans var, o da ayaqqabılarınız görünməməlidir.



4. Naxışlı, xətli modellərdən uzaq durun

Naxışlı modelləri qəti şəkildə seçməməlisiniz. Çünki naxışlı
parçalardan tikilən geyimlər qısa boylu xanımları kök göstərir. Əgər
naxışlı və ya xətli parçalardan hazırlanmış geyimlər xoşunuza gəlirsə,
düz xətli parçalardan hazırlanmış geyimlər seçin. Məsləhətimiz ilk
növbədə belə geyimlər seçməyin və ya seçdiniz bu parçanı, bütöv geyim
olaraq seçin. Yəni belə parçalardan hazırlanan geyimlərdə alt tərəf üst
tərəfə nisbətən daha açıq tonda olsun və düz xətli parça seçin, eninə
olan xətlər sizi qısa boylu və artıq çəkili göstərəcək.



5. Enli dikdabanlar

Yeni kolleksiyada da ön planda olan enli dikdabanları seçsəniz, gözəl görünəcəksiniz.



6. Krem tonları ayaqqabılar seçin

Ayaqqabı boyunuzun bitiş nöqtəsidir. Biləkdən bağlamalı ayaqqabı və
ya baletka geyinin. Ayaqqanın rəngi bədəninizin rəngi ilə üst-üstə
düşməlidir ki, boyunuzu qısa göstərməsin. Bədən tonunuzdakı ayaqqabı
bütün geyimlərinizlə ahəng içində olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!