Stil və dəb barədə 7 məsləhət

Stil və dəb barədə 7 məsləhət
Gözəllik sirləri
10.09.2017 7
"Chanel" və "Fendi" moda evlərinin kreativ direktoru Karl Lagerfeld dəb
sənayesinin ən önəmli fiqurlarından biridir. Özünü fotoqraf, rejissor
kimi sınayan, "7L" kitab mağazasının rəhbəri olan alman əsilli
dizaynerin şəxsiyyəti qədər geyim üslubu da maraqlıdır. Qara günəş
eynəkləri, əlcək, qara Edi Sliman kostyumları 81 yaşlı dizaynerin ağ
saçları ilə ahəng yaradır. Müasir dövrdə elə bir dəbli qadın tapılmaz
ki, ondan stil və dəb barədə məsləhətlər almaq istəməsin.



Milyonlarla pul xərcləməli deyilsiz

Bahalı geyim həvəskarlarına təəccüblü görünə bilər, amma Lagerfeld
müsahibələrinin birində belə deyib: «Bu gün ucuz paltarlarla da şıq
görünmək olar. İndi hər büdcəyə uyğun yaxşı dizaynlı paltarlar var». Bir
sözlə, stil puldan çox zövqə bağlıdır.



Özünü ifadə et

Lagerfeldə görə, geyim təkcə özünü ifadənin yox, eləcə də dünya
görüşünün, ideyanın, mövqeyin də göstəricisidir: «Dəb reallığı
dəyərləndirmək üçün geyimlərdə özünü yaradan dildir».



Qara paltar heç vaxt «yetərincə» deyil

«Chanel» dizaynerindən bundan başqa nə gözləmək olardı? Əlbəttə ki,
Lagerfeld qara rəngin vurğunudur. Nadir hallarda onu rəngli geyimdə
görmək olar. Dizayner kimi qarderobunuzdan qara rəngi əskik etməsəniz,
qısa vaxtda şıq və eleqant görünüşə sahib olacaqsınız. 



Başqalarının fikrinə ehtiyacınız yoxdur

Onun həyat qaydalarından biri məhz budur: başqalarının fikrinə önəm
vermir. Trend olub-olmamasından asılı olmayaraq, hansı geyimdə özünüzü
rahat hiss edirsinizsə, onu da geyinin.



Seçiminizdən əmin olun

Qadınlar alış-veriş zamanı lazım olmayan əşyalara pul xərcləyə
bilirlər. Bahalı bir çanta, yaxud t-shirt — fərq etməz, ən əsası
seçiminizdən əmin olun: "Şoppinq xətrinə alış-veriş etməyin, yalnız sizi
həyəcanlandıran əşyanı alın".



«Bütövlük» şərtdir

Yaxşıpaltar geyinməklə iş bitmir. Lagerfeld inanır ki, stil «bütöv»
olmalıdır: «Don't just leave it at your clothing». Obrazınızı saç,
makiyaj, aksesuarlarla tamamlamaq lazımdır: «Kosmetikada qənaət etməyin,
qüsursuz dəriyə və saçlara sahib olacağınızdan əmin olun».



Özünə güvən!

Etdiyiniz hər işdə özünüzə inanın. Bəlkə elə Lagerfeldin uğurunun əsas sirri bu əminlikdədir?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!